ERNEST HEMİNGWAY “QOCA VƏ DƏNİZ” VƏ “ƏCƏL ZƏNGİ” ROMANLARINI KUBADA YAŞADIĞI İLLƏRDƏ YAZIB
GƏZİLƏCƏK GÖRÜLƏCƏK KUBA ÖLKƏSİ
ABŞ prezidenti Barack Obamanın səfəri və Rolling Stones qrupunun konserti ilə Kuba yenə son günlərin ən populyar ölkəsinə çevrildi. 1959-cu ildə yaşanan inqilab ilə dünyanın siyasi sistemindən də fərqlənən bu Karib ölkəsi, təbiəti və insanları ilə rəngli və əyləncəli koloritə sahibdir. Elə isə, gəlin Kuba ilə daha yaxından tanış olaq.
Kuba sözünün mənası ilə bağlı fərqli iddialar var. Qızıldərililərdən gələn “bərəkətli yer” kimi mənasının olduğunu deyən olsa da, bəziləri Kolumbun Portuqaliyada yerləşən bir qəsəbənin adını bu ölkəyə verdiyini iddia edir.
UNESCO tərəfindən aparılan araşdırmanın nəticələri göstərmişdir ki, Kuba dünyada ən çox görülmək istənilən ölkədir. Dünyanın böyüklüyünə görə 17-ci adası olan Kubanın 11 milyon əhalisi var. Ölkə torpaqlarının 22 faizi qoruq ərazisidir. Kuba təbiətinin ən maraqlı tərəflərindən biri odur ki, bu adada zəhərli bitki və heyvan yoxdur.
1956-cı ilin 2 dekabrında Granma (Nənə) adlı gəmi ilə sürgün edilmiş 82 nəfər Kuba sahilinə gəlmişdi. Aralarında Kastro qardaşları, Çe Gevaranın da olduğu inqilabçılar Sierra Maestra dağlarında 3 ilə yaxın mübarizə aparmışdılar. 82 nəfərin əksəriyyəti bu mübarizədə ölsə də, 1959-cu ildə Batista hökümətini devirərək, qalib gəlməyi bacarmışdılar.
Kuba deyəndə ağla gələn ilk şeylərdən biri də siqardır. ABŞ prezidenti J.F. Kennedinin Kuba məhsullarına qoyulan embarqodan əvvəl, 1200 Kuba siqarı aldığı iddia edilir.
KUBA PUROSU
Məşhur siqarların hazırlandığı fabriklərdə nəzarətçi-menecerlər iş saatının sonuna qədər işçilərə qazet və kitab oxumağa məcburdur.
Kuba demək rəqs deməkdir. Rumba, Bolero, Cha Cha Cha və Salsa kimi rəqslər məhz burada məşhurlaşıb.
KUBA İÇKİSİ
Bütün dünyanın tanıdığı kokteylləri də var. Rom və koladan hazırlanan məşhur “Cuba Libre” (Azad Kuba) bunlardan ən məşhurudur. Ancaq maraqlısı həmin kokteyl Kubada “Mentirita” (ağ yalan) olaraq adlandırılır.
KUBA MƏDƏNİYYƏTİ
Ernest Hemingway “Qoca və dəniz” və “Əcəl Zəngi” romanlarını Kubada yaşadığı illərdə yazıb.
Kuba dünyada ən güclü səhiyyə sisteminə sahib ölkələrdən biridir. Ortalama insan ömrünün 76 olması da təsadüf deyil. Digər Latın Amerikası ölkələrinin əksinə Kubada futbol ən populyar idman növü deyil. Kubalıları ən sevdiyi idman isə beyzboldur. Əhalisi zəngin olmasa da səhiyyə, təhsil və ev pulsuz olduğu üçün insanlar təməl ehiyaclarını qarşılaya bilir. Kubada küçə reklamları tamamilə yığışıdırılıb və icazə yoxdur. Hətta keçən həftə Havanadakı Rolling Stones konsertinin belə küçədə reklamı yox idi.