Ev Ölkələr Fransa Qadınların heyran olduğu romantiklər ölkəsi FRANSA

Qadınların heyran olduğu romantiklər ölkəsi FRANSA

Fransa

Qadınların heyran olduğu romantiklər ölkəsi haqqında həddindən artıq  maraqlı faktlar

SEVGİ DOLU ŞƏHƏR FRANSA

Ölkələr iki yerə ayrılır, biri qadınlar, digəri isə kişilərin heyran olduğu dövlətlər. Fransa xüsusilə qadınların heyran olduğu ziddiyyətli, sirli, cazibədar və yəqin ki, dünyada ən romantik ölkədir. Dəbli geyinən xanımları, nəfis kruassanı, ləziz mətbəxi, dəbdəbəli və sakit təmiz şəhərcikləri, şanson sədaları, çəkici parfum qoxuları, bahalı şərabı, Eyfel qülləsi və könülləri oxşayan fransız dili, deyəsən, yalnız məhəbbəti anlatmaq üçün nəzərdə tutulmuş ifadə vasitəsidir.Bu  dəfə  gezmeli.az -ın oxucularını  Fransaya getmək səbəbləri ilə tanış edirik

Fransa turistlər üçün cəlbediciliyinə görə birinci yeri tutur. Onu hər il 80 milyondan çox səyyah ziyarət edir. Hamısı da ona görədir ki, Fransada çoxlu görməli yerlər, inkişaf etmiş turizm infrastrukturu, ən əsası isə çoxşaxəli nəqliyyat şəbəkəsi var. Ölkənin cənubu komfortlu iqlimi, gözəl çimərlik kurortları ilə seçilir, Alp dağlarında isə yüksək səviyyəli dağ xizəyi kurortları fəaliyyət göstərir, bonus olaraq bütün ölkə ərazisi əsrarəngiz təbiəti ilə seçilir. Onu da unutmayaq ki, Fransanın paytaxtı Paris sevgililər şəhəri adlanır və elit təbəqənin bir çox gənc cütlükləri toy üçün məhz buranı seçir.

İstirahət üçün seçdiyiniz yerdən asılı olaraq ziyarət edə biləcəyiniz yerlərin siyahısı fərqli olacaq. Ona görə də görməli yerləri şəhəri seçdikdən sonra dəqiq müəyyənləşdirmək lazımdır. Əgər bir neçə şəhərdə olmaq istəyirsinizsə, onda müxtəlif şəhərlərin təlimatlarını götürün və görmək istədiyiniz məkanları qeyd edin. Hər halda Fransanın istənilən şəhərində tətil keçirmək maraqlı olardı. Turistlərin ziyarət etdiyi populyar görməli yerləri aşağıdakı kimi sadalamaq olar.

Eyfel Qülləsi 

Eyfel Qülləsi

Əgər 100 fərqli insandan “Paris sizdə nə ilə assosiasiya olunur?” sualını versəniz, onların hamısının cavabı Eyfel qülləsi olacaq. Eyfel qülləsi dünyanın turistlər tərəfindən ən çox ziyarət edilən, ən çox tanınan və ziyrətçilərin ən çox selfi çəkdikləri abidədir.

Eyfel qülləsi 1889-cu ildə Parisdə inşa edildikdən bu günə qədər 200 milyon insan tərəfindən ziyarət edilib. Bununla yanaşı, Eyfel Qülləsi barədə bir çox maraqlı faktlar da mövcuddur. Məsələn, bu nəhəng qülləyə demək olar ki, külək heç bir zərər yetirmir. Hətta ən güclü küləkdə belə qüllənin ən uc hissəsi cəmi 15 sm əyilir. Qüllənin çox yüksək olması və fırtınalı küləklər səbəbindən tikinti zamanı tez-tez bədbəxt hadisələr baş verirdi.

Abidə hər il 3 fərqli rəng çaları ilə boyaynır. Ən tünd çalar qüllənin təməl hissəsində, ən parlaq çalar isə qalanın ən hündür hissəsində istifadə olunur. Hər il qülləni korroziyadan qorumaq üçün 60 ton boya istifadə olunur.

 

 Paris – Notr-Dam kilsəsi

Paris-Notr-Dam kilsəsi

Paris şəhərinin mərkəzində yerləşən katolik kilsə Fransa paytaxtının başlıca simvoludur. Qotik üslublu kilsə 1163-1345-ci illərdə Paris yepiskopu Moris de Süllinin təşəbbüsü ilə ucaldılıb. İnşa edilmiş binanın altar hissəsi 1182-ci ildə təsdiq edilib, qərb fasadı və zəng qüllələrinin tikintisi XIII əsrin ikinci yarısında tamamlanıb. 1235-ci ildən etibarən kilsədə olduqca böyük həcmli dəyişikliklər icra edilib və müəyyən illərdə abadlaşdırma işləri aparılıb.

Dahi fransız yazıçısı Viktor Hüqonun eyniadlı tarixi romanı sayəsində kilsə kafedral dünyanın ən tanınmış abidəsinə çevrilib. Bəzi mənbələr iddia edir ki, əsərdə təsvir olunan Esmeraldının sevib-seçdiyi qozbel həqiqətən də bu kilsədə yaşayıb.

Asteriks parkı

Asteriks parkı

Kim “Asteriks və Obeliks” cizgi filminə baxmayıb ki? Sən demə, Fransada bu balaca qallara həsr olunmuş bir park var. Bəli, bura Avropa parkları kimi möhtəşəm deyil, amma onu hər il təxminən 2 milyon nəfər ziyarət edir. Siz parkın 5 hissəsində olan 31 attraksionundan istifadə edə bilərsiniz: Qalliya, Roma İmperiyası, Yunanıstan, vikinqlər və zamanların kəsişməsi.

Ambuaz

Ambuaz

Bütün qalalar və sarayları ziyarət etmək üçün Fransada çox vaxt keçirmək lazım olacaq. Аmbuazla, Luara seçilmişlər sırasına daxil olan ən gözəl qəsrlərdən biri sayılır. Qəsrin 1000-də çox yaşı var. O, YUNESKO-nun Dünya irsi Siyahısına daxil edilib. Qəsr inqilab zamanı əməlli-başlı dağılıb. Hazırda qəsri Müqəddəs Lüdovikin fondu idarə edir.

Luvr muzeyi

Luvr muzeyi

Luvr dünyanın ən məşhur muzeylərindən biridir. 1793-cü ildə açılan və sahəsi 60 000 m² olan muzey Parisdə yerləşir. 2007-ci ilin statistikasına görə, muzeyi həmin il 8 300 000 nəfər baş çəkib. Bu muzeydə demək olar ki, hər şey var. Buna görə də muzeyi universal adlandırmaq mümkündür. Onun kolleksiyasına böyük coğrafi və tarixi nümunələr daxildir. Burada Qərbi Avropadan tutmuş İran, Yunanıstan, Misir və Yaxın Şərq incəsənətinin nümunələrinə rast gəlmək olar. Bütün bunlar onu göstərir ki, möhtəşəm sənət əsərləri ilə zəngin olan muzeyi görməyə dəyər.

Luvrun tanınmış və ən məşhur əsərlərindən olan Cokonda (Leonardo da Vinçi) və Valehedici bağban (Rafael) rəsmləri I Fransiskə məxsusdur. Luvr muzeyində müxtəlif şahəsərlər saxlanılır ki, onların hər biri ayrı-ayrı mədəniyyətə, dövr və sivilizasiyaya aiddir. Ümumiyyətlə isə, muzeydə 300 000 eksponat olmasına baxmayaraq, onlardan yalnız 35 000-ə qədəri gələn insanlara təqdim olunur. Bəzi eksponatlar isə xüsusi qoruma şəraitində saxlanılır və bu kimi əsərlər üç aydan artıq ard-arda gələn insanlara təqdim olunmur. Bunun əsas səbəbi isə həmin eksponatların öz daimi görkəmlərini itirməsidir. Məhz həmin əsərlərin müdafiəsi üçün onlar xüsusi qaydalara əsasən müdafiə olunur.

Nitsa şəhəri

Nitsa

Kim bu kurort şəhərinin təbiəti haqqında eşitməyib ki? Bu, məşhur Mavi Sahilin mərkəzi yerlərdən biridir. Turistlərin çoxunu isə səyahət etməyi sevən ruslar təşkil edir. Kann Kino festivalları ərzində şəhərin çimərlikləri məşhur simalarla qaynayıb-qarışır

Versal sarayı

Versal sarayı

Bu, Fransa və bütün Avropada əsas görməli yerlərdən biridir. Versal Fransanın paytaxtı Parisdə yerləşən tarixi saraydır. “Chanel” moda evinin kolleksiyaları adətən Versal sülh müqaviləsinin imzalandığı bu sarayda baş tutur.

Sarayın ilk binasının tikintisinə 1661-ci ildə başlanıb və daha sonra müxtəlif illərdə genişləndirilib. Hazırda saray muzey kimi fəaliyyət göstərir. Sarayın maraqlı cəhəti 1768-ci ilə qədər tualet və ya vanna otaqlarının olmamasıdır. Bunun səbəbi o dövrdə zadəgan anlayışına görə, onların istədiyi yerdə ehtiyaclarını qarşılamaları idi.Saray hətta bir saat ərzində gəzib qurtara bilməyəcəyiniz təmtəraqlı otaqlarla doludur. Onun parkı isə gündüzlər ayrıca ekskursiya obyekti olur.

Cenevrə gölü

Cenevrə şəhəri

Bu unikal göl iki ölkə: İsveçrə və Fransa arasında bölünüb. Çoxlu turist qəsəbələri burada yerləşir. Alp Dağlarının əhatəsində yerləşən göl saf rəngi ilə seçilir.

Fort Boyard

Fort Boyard

150 illik qala Fort Boyard televiziya layihəsi sayəsində məşhur olub. Atlantik okeanı sahillərində yerləşən, Fransaya məxsus daşlı qaladır. 1989-cu ildə hərraca çıxarılan bu qalanı 1,5 milyon franka məşhur teleprodüsser Jak Antuana yeni şou-proqramı – Fort Boyard üçün alır. Uzunluğu 61 metr, eni 31 metr olan gəmiyə bənzər tikilinin hündürlüyü isə 20 metrdir. Amma hələlik onu tikib qurtardıq, dünyada uzaqvuran silahı yarandı.

Mon-Sen-Mişel

Mon-Sen-Mişel

Bu kiçik və qayalıq adaya hər il 2-3 milyon turist gəlir. Çoxsaylı qoruyucu qurğular 1091 və 1425-ci illərdə adanın sağlam vəziyyətdə qalmasına imkan verib.

“Graindorge” pendir zavodu

“Graindorge” pendir zavodu

Siz nə vaxtsa pendir zavodunda olmusunuz? Əgər olmamısınızsa, romantiklər ölkəsinə üz tutanda belə bir fürsəti əldən verməyin. Çünki Fransanın ağlasığmaz regional müxtəlifliyi, misilsiz hava şərtləri və landşaftı, həmçinin ev heyvanı növlərinin çoxluğu 370-ə yaxın pendir növündə əks olunub. Fransanın 100 illik tarixi olan “Graindorge” zavodunda isə dünyanın ən dadlı və məşhur pendir növlərini hazırlayırlar. Ümumiyyətlə, pendir fransız yeməklərinin ayrılmaz hissəsidir və səhər yeməyi və nahar zamanı kəsmə taxtasında süfrəyə verilir.

Fransa Pendiri

Ləziz Mətbəxi

Escargot

Pendirdən söz düşmüşkən siyahını Fransa mətbəxi ilə davam etdirmək yerinə düşər. Fransız mətbəxi mədəniyyəti ilə sıx bağlıdır. Fransız mətbəxi aşpazlığın beşiyi və aşpazlar üçün bir cənnət hesab olunur. Bu mətbəxin bütün dünyadakı şöhrəti onu göstərir ki, təhsil səviyyəsindən və sosial mənşəsindən asılı olmayaraq bütün fransızlar yemək mövzuları haqqında ətraflı danışa bilər. Adi fransız üçün aşpazlıq gundəlik həyatın ayrılmaz elementidir və nəzakət qaydalarının məhz fransızlar tərəfindən yaradılması sadə bir təsadüf deyil. Məsələn, bütün fransızlar “McDonalds” kimi fast-food restoranlarına nifrət edirlər. “Səhər yeməyi” sözləri, “nahar”, “şam yeməyi”, “yemək” – hamısı eyniköklüdür, fransızlar üçün mənaca müqəddəsdir və fransıza yemək vaxtı zəng etmək qəbahət sayılır. Böyük ehtimalla cavab verməyəcəklər.

Baget çörəyi

Baget çörəyi, krussan, makoron kimi şirniyyatları, ekzotik delikatesləri, eskarqo ilbizi, ratatuy tərəvəz yeməyi fransız mətbəxinin ən məşhur təamlarıdır.

Macaron

Şərab

Fransız şərabı

Fransızlar da bir çox avropalılar kimi şərabı su, süd, çay və ya pivə əvəzi istifadə edirlər. Onlar üçün nəfis yeməkləri mütləq bir stəkan şərabla bitirirlər. Rəylərə əsasən məlum olub ki, bir fransız hər il bu nəciblik nişanı sayılan bu içkidən orta hesabla 100 litr içir. Yeri gəlmişkən, fransız qırmızı şərabından baş ağrımır.

Maraqlı faktlar

Fransa kənd təsərrüfatı ölkəsidir.
Fransa kinematoqrafiyanın vətənidir.
Fransa hava uçuşunun vətənidir.
Fransa velosipedin vətənidir.
Fransa baletin vətənidir.
Fransa 3 inqilabın beşiyidir.
Fransa Sezanna, Alfons Dode, Ekzyuperi, Dyuma, Molyer, Volterin vətənidir.
Fransanın neft və qaz ehtiyyatı yoxdur.

Və,əziz,gezmeli.az-ın oxucuları bu günki səyahətimiz bura qədər.Əminəm ki, hər bir qadının Fransaya getmək kimi bir xəyalı var.Ümid edirəm o xəyalınıza azda olsa rəng qata bildim