Ev Turizm Xəbərləri ABŞ-ın yəhudi icması ilə Azərbaycan turizm şirkətləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

ABŞ-ın yəhudi icması ilə Azərbaycan turizm şirkətləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Turizm

ABŞ-ın yəhudi icmasını təmsil edən heyətin tərkibindəki turoperatorlarla Azərbaycan turizm şirkətlərinin nümayəndələri arasında tanışlıq görüşü baş tutub.

Dövlət Turizm Agentliyindən “Report”a verilən məlumata görə, B2B (Biznesdən-biznesə) formatında keçən görüşdə Azərbaycanı təmsil edən 70-ə yaxın turizm şirkəti iştirak edib.

İştirakçılar ixtisaslaşdıqları turizm növləri üzrə təklif etdikləri xidmətlər barədə qarşılıqlı fikir mübadiləsi aparıblar.

ABŞ turoperatorları ilə ikitərəfli müzakirələr zamanı mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Görüş çərçivəsində keçirilən təqdimatlar zamanı qonaqlara Azərbaycanın hotel və qonaqpərvərlik, eləcə də işgüzar tədbirlər sahəsində mövcud potensialı barədə geniş məlumatlar verilib.

Həmçinin Azərbaycanın müxtəlif turizm istiqamətləri üzrə potensialından danışılıb. Turizm marşrutları, qədim memarlıq abidələri və milli mətbəxi barədə təqdimatlar keçirilib.