Ev Turizm Xəbərləri Afrika qitəsinə ən çox bu ölkə sərmayə qoyub

Afrika qitəsinə ən çox bu ölkə sərmayə qoyub

Afrika

Beynəlxalq Tövsiyyə və Yoxlama şirkəti “Ernst & Young“un (EY) hesabat hazırlayıb. Afrikaya son 4 ildə ən çox sərmayəni Çin (72,2 milyard) qoyub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Beynəlxalq Tövsiyə və Yoxlama şirkəti “Ernst & Young“un (EY) hazırladığı hesabata görə, Afrika qitəsinə 2014-2018-ci illərdə ən çox sərmayə qoyan ölkə 72,2 milyard dollarla Çin olub.

Çindən sonra “frankofon” (fransızca danışan) ölkələrə 34,1 milyard dollarlıq sərmayəsilə Fransa, 30,8 milyard dollarla ABŞ, 25,2 milyard dollarla Birləşmiş Ərəb Əmirlikləri, 10,1 milyard dollarla Cənubi Afrika və 5,4 milyard dollarla İspaniya gəlir.

Çinin ən çox sərmayə qoyduğu sektorlar pərakəndə-satış, infrastruktur, maliyyə, telekommunikasiya, turizm, media və texnologiya sahələridir.

Regional olaraq Şimal Afrikadan sonra ən çox sərmayənin axdığı bölgələr isə Cənub Afrika, Şərqi Afrika və Qərbi Afrikadır.

Qitədə son dövrdə texnologiya sərmayələri artıb. Belə ki, Afrikada indiyə qədər 600 texnologiya mərkəzi açılıb. Cənubi Afrika, NigeriyaMisirdə də texnologiya şirkətləri qurulub.