Ev Gəzməli yerlər Alimlər bu ölkədə yeni antibiotik axtarır

Alimlər bu ölkədə yeni antibiotik axtarır

              İslandiyada axtarış

Beynəlxalq ekspedisiya qrupu xüsusi dərman hazırlamaq üçün İslandiyada naməlum mikro-orqanizm və bitkilərin axtarışına başlayıb.

Gezmeli.Az “Euronews”-a istinadən xəbər verir ki, alimlərin iddialarına görə məhz İslandiya bəşəriyyətə tam yeni dərman vasitəsi bəxş edə bilər. Uğura olan ümid yerli landşaftın zənginliyi və müxtəlifliyi ilə bağlıdır.

islandiya

Qütb dairəsi yaxınlığında yerləşən adada yerləşən qoruqlarda tədqiqat qrupu antropogen təsirlərə məruz qalmamış təbiət o cümlədən, vulkan və buzlaq mühiti kimi ekstremal şəraitlərdə sağ qala bilən orqanizmlər kəşf etmək niyyətindədir.

Ekspedisiya uğur qazanacaqları təqdirdə, son 30 il ərzində ilk dəfə olaraq yeni tip anti-biotik ərsəyə gələ bilər. Bu tibb sahəsində böyük inqilabı dəyişikliklərə yol açacaq. Belə ki, müxtəlif bakteriya və virusların hazırkı anti-biotiklərə qarşı davamlılığı ildən-ilə artır.

islandiya

Ekspedisiya iştirakçıları uğur qazanacaqlarına əmindir, belə ki, alimlərin iddiasına görə, Yer planetində hələ kəşf olunmamış bir milyondan çox orqanizm var.