Ev Ölkələr Almaniya Almaniya vizası

Almaniya vizası

Almaniya vizası
Almaniya vizası

Almaniya Vizası

Almaniyaya səfər etmək üçün Azərbaycan vətəndaşlarına Almaniya vizası almaq vacibdir.
Vizanın 2 növü var:

  • Qısamüddətli (90 günə qədər, turizm və ya işgüzar səfər)
  • Uzunmüddətli (90 gündən artıq, təhsil, işləmək və ya ailə birləşməsi üçün)

GO Travel Almaniyaya viza dəstəyi göstərir. Səfərin müddətini təyin edib bizimlə əlaqə saxlaya bilərsiniz. Həmçinin siz Almaniya səfirliyi üçün ərizə formasını postun sonunda səhifəmizdən yükləyə bilərsiniz.

Viza ödənişləri

Viza rüsumu – 35 AVRO
0-12 yaş aralığında olan uşaqlar  və təqaüdçülər üçün viza rüsumu tələb olunmur – pulsuz

Viza üçün tələb olunan sənədlər

  • Xarici passport
  • Gediş və dönüş biletlərinin bronu
  • İşlədiyiniz müəssisədən və ya tələbəsinizsə oxuduğunuz təhsil müəssisəsindən arayış
  • Lazımi xərclərin ödənəcəyinin sübutu və ya bankdan arayış
  • Bankdan son 6 ay müddətində etdiyiniz əməliyyatların çıxarışı
  • Bron etdiyiniz otelin vauçeri və ya sizə göndərilən dəvət məktubu
  • Ən azı 30.000 avro məbləğində, bütün səfər müddəti və bütün şengen ölkələri üçün tibbi sığorta
  • Şəkil 3.5×4.5 sm
  • Hazır ərizə forması
  • Şəxsiyyəti təsdiq edən sənədin və xarici passportun kopyası

Müraciət zamanı sizə lazım ola biləcək digər sənədlər

  • Əgər evlisinizsə nikah şəhadətnaməsi və bununla yanaşı əgər 18 yaşına çatmamış övladınız (övladlarınız) varsa doğum haqqında şəhadətnamə
  • Azərbaycan Respublikası ali və ya orta təhsil müəssisələrində təhsil alan və vizaya müraciət edən bütün tələbə və şagirdlər həmin təhsil müəssisəsində oxuduğuna dair arayış təqdim etməlidirlər
  • Əlavə üstünlük kimi əgər adınızda hər hansı daşınan və ya daşınmaz əmlakınız varsa çıxarışları təqdim etmək

Qeyd: Passport və şəxsiyyət vəsiqəsinin surətlərindən başqa digər lazım olan bütün sənədlər inglis dilində və ya ingilis dilinə tərcümə olunmuş və notariatda təsdiq olunmuş olmalıdır.

Şəklin çəkilmə qaydası

  • Şəkilin çəkilmə müddəti altı aydan gec olmamalıdır.
  • 3.5 sm x 4.5 sm ölçüdə olmalıdır.
  • Parlaq olmayan bir fonda çəkilməlidir.
  • Şəklin fonun tünd olmamasına diqqət edilməlidir.
  • Şəkildə bədənin əsasən çiyindən yuxarı hissəsinin olmasına diqqət yetirilməlidir, odur ki, şəkilin 70-80% – i üz nahiyəsindən ibarət olmalıdır.

Əməliyyat müddəti

Almaniya vizası üçün etdiyiniz müraciətin cavabı sizə 3 – 14 iş günü müddətində verilir.

Qeyd: Vizaların verilməsi birbaşa Konsulluq ilə əlaqəlidir, buna görə də Granit AS şirkəti olaraq vizaların verilməsinə tam zəmanət vermirik. Bütün qərarlar Konsulluğa məxsusdur. Turpaket alan müştərilərimiz üçün viza dəstəyi pulsuzdur.

Almaniya vizası üçün ərizə forması

YÜKLƏ (AZ)

DOWNLOAD (EN)

Ətraflı məlumat

: +994 12 564 60 30
: +994 70 664 60 30
: İnstagram: @gotravel.az
: Fətəli Xan Xoyski 85, Bakı
info@gotravel.az
www.gotravel.az

Açar sözlər: almaniya vizası, almaniya viza dəstəyi, almaniyaya viza almaq, almaniya səfirliyi, almaniya vizası üçün ərizə forması