Almaniyaya getməmək üçün 5 səbəb
Həmişə Almaniyaya getmək üçün səbəblərdən danışırıq. Bu dəfə isə sizə Almaniyada yaşamamaq üçün vacib olan səbəblərdən danışacam.
1) Dil
Əgər dili bilmirsinizsə burda yaşamaq sizin üçün çox çətin olacaq. Məsələn alman dilini A1 səviyyəsində öyrənib, Almaniyaya köçmüsünüz. Bütün dövlət idarələrinə getdikdə bir çox problemlərlə qarşılaşacaqsınız. Alman dilində təhsil almaq üçün də bura gəlsəniz yenə eyni problemlərlə qarşılaşacaqsınız. Görəcəksiniz ki, hamı alman dilində danışır.Və nəticədə bezib geri qayıtmağınıza səbəb olacaq. Alman dilini istədiyiniz qədər öyrənməyə çalışsanızda, istədiyiniz qədər Almaniyada yaşasanızda əgər Almaniyada doğulub böyüməmisinizsə, məktəbə burda getməmisinizsə, sıfırdan almanlar kimi almanca danışmaq imkansızdır.
2) Təhsil
Almaniyada yaxşı iş tapmaq istəyirsinizə birinci alman dilini öyrənməlisiniz. İkinci isə sizin mükəmməl səviyyədə təhsiliniz olmalıdır. Almaniya təhsilə çox fikir verir. Siz Azərbaycanda təhsil alıb diplomunuz orda təqdim etsəniz belə qəbul etmirlər və məcbur olub orda yenidən təhsil alırsınız. Orda diplom tələb etməyən işlərdə işləmək xəyalını qurmasanız yaxş olar. Çünkı, burda istəmədiyiniz işləri görmək məcburiyyətində qalarsınız. Ondan sonra nə olur bəs? Necə ki dildə əziyyət çəkdiyiniz kimi təhsillə bağlı da əziyyət çəkirsiniz. Nəticədə geri qayıdırsınız.
3) Hava şəraiti
Almaniyada hava demək olar ki, soyuq keçir. Əgər yağışı, soyuq havanı xoşluyursunuzsa bu sizin üçün elədə böyük bir səbəb olmaya bilər. Almaniyada hava tez-tez tutulur, yagış yağır. Məsələn iyun ayında burda günlərlə yagışlı havaya rast gələcəksiniz. Qəribə olan da budur ki, soyuq olanda mənəvi cəhətdən almanlara təsir edir. Hətta siz də burda qaldıqca bu hal sizin də başınıza gələ bilər. Soyuq bəlkədə sizin üçün bir səbəb ola bilər.
4) Nizam-İntizam
Əslində bizdə də bir nizam-intizam var amma almanlarda bu başqa cürdür. Almaniyada qayda qanun, nizam-intizam yerli yerindədir. Onların özlərinə məxsus qayda-qanunları var. Buna öyrəşmək isə biraz çətin məsələdir. Hansısa bir almanla mübahisəniz baş verdi. Siz ona xəsarət yetirdiniz. O da sizi məhkəməyə verdi. Bu vəziyyətdə siz 12000 euro vermək məcburiyyətində qalacaqsınız. Ona görədə geri qayıtmaq məcburiyyətində qala bilərsiniz.
5) Evlilik
Əgər Almaniyada yaşayan biri ilə ailə həyatı quracaqsınızsa bu sizin üçündür. Çünki, evləndikdən sonra Almaniyada yaşayanda bir çox problemlər çıxır. Görürsünüz ki, Almaniyada onun başqa cür həyatı var. Sizə normal gəlməyən hadisələri o normal qəbul edir. Ona görə də evliliyə qərar verdikdə tələsməyin.