Amsterdam da marağlı turlar.
Amsterdamda ediləcək şeylər, şəhərin özünəməxsus strukturunun da təsirilə səyyahlara fərqli təcrübələr yaşadır. Bu təcrübələri yaşamaq və kanalların formalaşdırdığı şəhəri kəşf etmək üçün ideal üsullardan biri də Amsterdam Hop On Hop Off turlarıdır.
Xarici səfərlərdə tez-tez istifadə etdiyim və demək olar ki, çox şəhərdə təkcə avtobuslarla təşkil olunan turlar, Amsterdamın özünəməxsusluğundan payını artıqlaması ilə almışdır. Burada avtobus turlarla yanaşı kanallara xidmət verən qayıq turları da var.
Hop on hop off turlarında avtobus və katerlər; Mərkəz qatar stansiyası, məşhur Qırmızı Fənər Məhəlləsi, Artis Royal Zoo (Heyvanat Parkı), Vondelpark, Muzeylər Meydanı (Van Gogh Muzeyi, Rijksmusuem) və Ana Frank Evi kimi şəhərin ən populyar yerində dayanacaqları var. Yəni şəhərdə az vaxtınız var və bütün əhəmiyyətli yerləri sürətlə gəzməyə ehtiyacınız varsa bu turlar çox faydalı ola bilər.
Amsterdam Hop On Hop Off Turu Biletləri haradan almaq olar?
Tur biletlərini avtobuslardan və katerlərdən satın ala bilərsiniz. Ancaq mənim tövsiyəm, cazibədar endirimlərin təqdim olunduğu online satış kanallarını seçim etməyinizdir. Bu sayədə onsuz da maddi baxımdan üstünlük təmin edən turlara daha da cüzi məbləğlər ödəyərək iştirak etmək hüququna malik ola bilərsiniz.
Amsterdam Hop On Hop Off Turunun Bilet qiymətləri
Turun qiymətləri, hər bir variantın əhatə etdiyi sahə və bu sahə içərisindəki görüləcək yerlərin sayını düşündükdə olduqca cazibədar səviyyələrdə tutulmuş avtobus, kater və ya kombo bilet variantlarından hansını seşirsiniz seçin, yazının əvvəlində də qeyd etdiyim kimi turlar səfər büdcənizə və vaxtınızı daha effektiv istifadə etməyinizə şərait yaradır.
0-3 yaş arası uşaqların pulsuz olaraq iştirak etdiyi turlarda böyüklərə və 4-13 yaş arası şəxslərə fərqli qiymət tarifləri tətbiq olunur.
24 saatlıq sadəcə avtobus turu (yetkin 21 Avro)
48 saatlıq sadəcə avtobus turu (yetkin 39 Avro)
24 saatlıq yalnız gəmi turu (yetkin 25 Avro)
48 saatlıq yalnız gəmi turu (yetkin 36 Avro)
24 saatlıq kombo bilet (otobüs+gəmi) yetkin 28 Avro
48 saatlıq kombi bilet (otobüs+gəmi) yetkin 39 Avro
Amsterdam Hop On Hop Off Turu Başlangıç Nöqtələri
Avtobuslar tura Amsterdam Mərkəz Qatar Stansiyasından başlayır. Red Liqht District və Jewish Cultural Quarter kimi görülməyə dəyər bölgələr ilə Heineken Experience, Ana Frank Evi kimi şöhrəti dünyaya yayılmış mədəni müəssisələr tur avtobuslarının sərnişin düşürdüb mindirdikləri əhəmiyyətli stansiyalar arasında yer alır.
Katerlər isə yaşıl və mavi adları ilə anılan iki xətt üzərində səfərlərini davam etdirir. Yaşıl kəmər mərkəzi stansiyanın qərbindən, mavi xətt isə Sent Nikolas Kilsəsi yaxınlığından başlayır.