Ev Ölkələr Almaniya Amsterdamın Ən Rəngli Yeri: Çiçək Bazarı (Bloemenmarkt)

Amsterdamın Ən Rəngli Yeri: Çiçək Bazarı (Bloemenmarkt)

Amsterdamın Ən Rəngli Yeri.

Amsterdamın  hər yeri hərəkətli və əyləncəlidir amma həqiqətən nəşəli bir yer görmək istəyirsinizsə, bu ünvan Amsterdam Çiçək Bazarı olmalıdır. Şöhrəti dünyaya yayılmış və hətta “dünyanın suda üzən yeganə çiçək bazarı” kimi tanınan Amsterdam Çiçək Bazarı, – Hollandca-da Bloemenmarkt olaraq bilinir- Amsterdam turunda mütləq olması lazım olan dayanacaqlardan biridir. Ki əslində kiçik bir bazardır.

Bütövlükdə 15-20 arası dəzgah, dükan var. Bazar qısa bir küçədə qurulmuş vəziyyətdədir. Dəzgahda dayanıb bir şeylərə nəzər salsanız da ən çox 1-2 saatınızı alar. Bazarı ziyarət etmək istəyənlər üçün daha ətraflı məlumatları isə yazının davamında tapa bilərsiniz.

Amsterdam Çiçək Bazarı Haqqında Məlumatlar

Çiçək Bazarı

Osmanlı İmperatorluğundan idxal edilən lalələri mənimsəyib inkişaf etdirən Hollandiyanın başda lalə olmaq üzrə hər cür çiçək və bitkinin satıldığı Amsterdam Çiçək Bazarı 1862-ci ildə bəri qurulur. Daha doğrusu, əvvəl də varmış, ancaq indiki lokasyon-una bu tarixdə köçmüşdür.

Ölkənin müxtəlif regionlarında fermerlər yetişdirdikləri lalə və digər bitkiləri gəmilərlə gətirib, kiçik Singel Kanalı sahilində qayıqlarda satırmışlar. Əslində dəzgahlar hələ də sudakı qayıqlar üzərində qurulmuş vəziyyətdədir ancaq bu katerlər kanal sahilinə bərkitdildiyi üçün artıq bazar üzmür. Yenə də adı keçmiş günlərin xatirəsinə “suda üzən çiçək bazarı olaraq qaldı”. Onsuz da küçədən keçərkən də yan-yana düzülmüş mağazalar arasında kanalı görməyiniz də çətindir. Əlbəttə, mən sözə lalə ilə başladım ancaq bazarda hər cür bitki satıldığı kimi kiçik turist hədiyyə olunan əşyalar da var.

Amsterdam Çiçək Bazarında Satılan Məhsullar

Çiçək Bazarı

Amsterdam Çiçək Bazarı bir bazar olmasına baxmayaraq, yalnız alışveriş üçün gedilməsi lazım olan bir yer deyil, əvvəlcə bunu deyim ki  mövsüm nə olursa olsun, ən soyuq qış günlərində belə rəngarəng çiçəklər, ətrafda gəzərək məhsullara baxan yerlilər və turistlər, kanal boyu sıralanmış kafelerin küçədəki masalarında qəhvə içib ətrafı seyr edənlərlə kefli və əmin-amanlıq  bəxş edən bir yerdir.Başda lalə olmaqla sünbül, gül, krizantem və ağlınıza gələ biləcək hər cür çiçək Amsterdam Çiçək Bazarında satılır. Bu gül və bitkilər əkilmiş və becərilmiş halları, toxumları, soğanları satıldığı kimi eyni zamanda kəsilmiş buket şəklində satışları da var. Üstəlik, bitkiləri çiçəklərlə məhdudlaşdırmayaq. Maydonoz, nanə və hətta cannabis kimi ağlınıza gələ biləcək hər növ bitkinin də müxtəlif formaları da vardır.