Dünyanın ən qabaqcıl turizm şəhərlərindən olan Antalyanı bu ilin ilk üç ayında 571 min 205 turist ziyarət edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz çoxdur.
Antalya hava limanından verilən məlumata görə, bu ilin ilk ayında şəhərə 139 min 307, fevralda 152 min 801, martda isə 279 min 97 xarici vətəndaş gəlib.
Qeyd edək ki, ölkəyə gələn turistlər arasında ruslar və almanlar üstünlük təşkil edir.