Asan viza

Azərbaycan və Türkmənistan ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların Türkmənistan vətəndaşı olan iştirakçıları üçün “ASAN Viza” vasitəsilə viza verilməsinə başlanılıb. Həmin fəaliyyətin təmin edilməsi üçün Azərbaycan və Türkmənistan hökumətləri arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanıb. Saziş ötən il noyabrın 22-də Aşqabad şəhərində imzalanmış saziş Milli Məclisin 2019-cu il 12 fevral tarixli qərarı ilə təsdiq edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər. Hər iki dövlətin ərazisindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların Türkmənistan vətəndaşı olan iştirakçıları Ələt qəsəbəsində yerləşən, regionun əsas nəqliyyat və logistika qovşağı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “ASAN Viza” sistemi vasitəsilə elektron viza əldə edə bilirlər. Ötən il rekord sayda, 47 min sərnişin Bakı Limanı vasitəsilə Azərbaycan ərazisinə daxil olub. Onların əksəriyyəti Türkmənistan vətəndaşlarıdır.

“ASAN Viza” sistemi vasitəsilə indiyədək 1 milyon 842 000-dən çox viza verilib. Bu vizaların 34 faizi Azərbaycanın beynəlxalq hava limanlarında 15 ölkə vətəndaşı üçün müvafiq sistemlə əldə olunmuş vizaların payına düşür.

Bu ilin 11 ayına nəzər saldıqda, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il 39 faiz daha çox, yəni 869 min 905 viza verilib. “ASAN Viza” ilə Azərbaycana səfər edən həmin əcnəbilərin 82 faizi səfər məqsədini turizm olaraq qeyd edib. Azərbaycana elektron viza üçün ən çox müraciət edənlər Birləşmiş Krallıqdır. Daha sonra İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Hindistan, Pakistan, Çin, İran, Türkmənistan vətəndaşlarıdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2016-cı il 1 iyun tarixli Fərmanı əsasında yaradılan “ASAN Viza” sisteminin idarə olunması agentliyin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən həyata keçirilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin