PAYLAŞ
TURİZM

Turizm sferasının inkişafı iqtisadiyyatımızın vacib sahələrindən biridir. Hər il millyonlarla turist Azərbaycana səyahət edir. Ölkəmizdə turizm və qonaqpərvərlik sahəsi üzrə fəaliyyət göstərən şirkət və agentliklər xarici qonaqları cəlb etmək üçün müxtəlif tədbirlər görür, ölkəmizi təbliğ etməyə çalışır.

Oktyabr ayının ilk həftəsi 10-a yaxın ölkədən 31 aparıcı turizm agentliyinin rəhbəri Bakıya səfər edib. Bu səfər, Prime Travel Market 2019 çərçivəsində təşkil olunmuşdur. Prime Consulting şirkətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) dəstəyi keçirilmiş tədbir Azərbaycanda, lüks turizm sahəsində ən uğurlu layihələrdən biridir.

Tədbirdə Rusiya, Ukrayna, Qazaxıstan, Azərbaycan, Çexiya, Sloveniya, Belarusiya, İtaliya, İspaniya, İsveç, Almaniya, Hindistan, Meksika, Türkiyə, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Afrika ölkələrindən xarici turizm şirkətlərinin nümayəndələri iştirak etmişdir. Tədbir zamanı qonaqlar və sərgi iştirakçıları münasibətlərin qurulması, möhkəmləndirilməsi və eyni zamanda gələcək əməkdaşlığın inkişafı üçün təcrübə və fikir mübadiləsi aparmışdırlar. Prime Travel Market, ölkənin turizm sənayesində ən effektiv B2B tədbirlərindən biri kimi tanınır.

Qazaxstan, Rusiya, Qırğızıstan, BƏƏ, Pakistan, Hindistan, Gürcüstan, Ukrayna, Çini təmsil edən şirkət rəhbərləri üçün Bakıda fam trip və ekskursiyalar təşkil olunmuşdu. Qonaqlar Bakının gəzməli yerləri ilə tanış olub, milli mətbəximizin təamlarını dadıblar. Bir həftə ərzində Azərbaycanda qalan qonaqlar həm də 5-ulduzlu otellərlə tanış olublar.


Bir həftə ərzində Azərbaycanda qalan qonaqlar həm də 5-ulduzlu otellərlə tanış olublar. Müsbət haldır ki, artıq Çin və BƏƏ nümayəndələri qrup turları təşkil etməyə razılığa gəliblər.

Ölkəmizə gələn agentliklərin fərqləndirici xüsusiyyəti odur ki, onlar həm də tələbələrə xaricdə təhsil imkanları təklif edirlər. Artıq Azərbaycanın aparıcı universitetlərinə müxtəlif
yaşlı tələbələrdən ibarət qrupların səfəri planlaşdırılır. Xarici tələbələrin Azərbaycana cəlb olunması ölkəmizdə təhsilin inkişafına təkən verəcək.