Ev Turizm Xəbərləri AVRO-2020-nin Fan Zonaları ilə bağlı seminar keçirilib

AVRO-2020-nin Fan Zonaları ilə bağlı seminar keçirilib

Avro-2020

Rumıniyanın paytaxtı Buxarestdə AVRO-2020-nin oyunlarına ev sahibliyi edəcək 12 şəhərin Fan Zonalarının “Kreativ seminar”ı təşkil olunub.

“Report” xəbər verir ki, tədbirdə AVRO-2020-nin Bakı Fan Zonası üzrə meneceri Nigar Qasımova və Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov iştirak edib.

Seminarda 12 ev sahibi şəhərin Fan Zona üzrə planları təqdim olunub, “Ev sahibi şəhərlər arasında körpüləri necə qurmaq olar?” mövzusunda müzakirələr aparılıb. Həmçinin Buxarestin Fan Zonasının məkanı iMapp tədbirində ictimaiyyətə elan olunub.

Qeyd edək ki, Avropa çempionatının 60 illiyi ilə əlaqədar olaraq, yarış ilk dəfə 12 iyun – 12 iyul 2020-ci ildə 12 müxtəlif ölkədə və 24 komandanın iştirakı ilə keçiriləcək. AVRO-2020-nin matçları Bakı ilə yanaşı, London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqo (Şotlandiya) şəhərlərində təşkil ediləcək. Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. 68700 nəfərlik arenada matçlar keçiriləcək. Müvafiq olaraq 13 iyun, 17 iyun, 21 iyun4 iyulda olacaq.