Ev Ölkələr Almaniya Avropada pulsuz təhsil??

Avropada pulsuz təhsil??

Avropada pulsuz təhsil verən ölkələr

Bəli,  düz eşitdiz. Əminəm ki, sizə bu başlıq gülməli gəlir. “Avropada da pulsuz təhsil almaq olar? Bu nə danışır?” tipli cümlələr ağlınızdan keçir. Xeyir elə deyil, əlbəttə,olar. Niyə də olmasın? Elə isə sizi maraqda saxlamayım. Gəlin bu ölkələrlə tanış olaq.

1.Almaniya

Almaniya

Almaniyada təhsil almaq istəyənlərin sayı gündən-günə artır. Qərbi Avropada ən yaxşı təhsil sistemi olan ölkələrdən biridir. Bəs, bilirdiniz ki, Almaniyada təhsil haqqından azad oluna, yəni pulsuz təhsil ala bilərsiniz? Almaniya dövlət universitetlərində bakalavr təhsili alanlar təhsil haqqı ödəmirlər. Yerli tələbərlə bərabər bu beynəlxalq tələbələrə də aiddir. Sadəcə adminstrativ xərcləri (kitabxanaya qeydiyyat, tələbə bileti və s.) təxminən 150-250 avro ödəyərək Almaniyada istədiyiniz dövlət universitetində təhsil ala bilərsiniz. Təbii ki, onların da buna görə bir şərti var: Alman dili. Pulsuz təhsil sadəcə alman dilində olan fakültələrə aiddir. Bunun üçün alman dilini öyrənməli və alman dili səviyyə təsbit imtahanı verməlisiniz. TestDaf imtahanı qeyri-almanlar üçün standartlaşdırılmış alman dili imtahanıdır.
Almaniyada təhsil pulsuz olsa da, yaşamaq üçün pula ehtiyacınız olacaq. Təhsil vizası almaq üçün bank hesabınızda 7-8 min avro pul göstərməyiniz vacibdir.

2.Fransa

Fransa

Bilirdiniz ki, Fransada pulsuz və ya çox aşağı büdcə ilə təhsil ala bilərsiniz? Fransada dövlət universitetlərinin əksəriyyəti sadəcə adminstrativ xərcləri qarşılamaq üçün simvolik təhsil haqqı tələb edir, təxminən 190 avro kimi bir məbləğdən söhbət gedir. Amma mühəndislik, tibb kimi sahələrdə təhsil almaq üçün bu rəqəm biraz arta bilər.Almaniyada olduğu kimi Fransada da pulsuz təhsil daha çox fransız dilli ixtisaslara aiddir. Buna görə də elə məktəb vaxtından Fransız dilini öyrənməyə başlamağınız məsləhətdir.Fransada yaşayış xərcləri illik 9-10 min avrodan başlayır. Əlbəttə ki, bu rəqəm sizin həyat tərziniz, yaşadığınız şəhərə görə ciddi miqdarda dəyişə bilər. Bunun üçün də Fransada universitet axtararkən sadəcə paytaxt Parisə deyil, digər kiçik şəhərlərə də göz atmağı unutmayın.

3.Norveç

Norveç

Norveçdə təhsil səviyyəsindən (bakalavr, magistratura və ya doktorantura), dilindən, dinindən, irqindən və hətta pasportundan asılı olmayaraq təhsil hər kəs üçün pulsuzdur. Bakalavr səviyyəsində ixtisasların əksəriyyəti norveç dilində keçirilir və qəbul almaq üçün norveç dili imtahanı verməlisiniz. Magistr və doktorantura səviyyəsində isə çox nadir hallarda ingilis dilində tədris olan fakültələr tapa bilərsiniz.

4.İslandiya

İslandiya

İslandiyada da təhsil haqqı yoxdur. Yalnız universitetə qəbul zamanı adminstrativ xərclər üçün 400 avro ətrafında bir məbləğ ödəməli olacaqsınız.

Amma nəzərə alın ki, Şimali Avropada yaşayış xərcləri kifayət qədər yüksəkdir.

Hələlik tapa bildiyim məlumatlar bu qədər. Çalışacam yavaş-yavaş hamısı haqqında yazam. Uğurlar