PAYLAŞ
Avropa

Böyük Britaniyalı turistlərdən Avropanın ən pis diqqətəlayiq abidə və yerlərin sadalanmasını istəyiblər.

Britaniyanın loukoster aviaşirkəti maraqlı bir sorğu aparıb. Belə ki, şirkət turistlərdən Avropanın ən pis diqqətəlayiq abidə və yerlərin sadalanmalarını xahiş edib.

Gezmeli.az “News.sky.com”-a istinadla bildirir ki, Avropada onların gözləntilərini doğrultmayan görməli yerlər barədə 2000 turist öz təəssüratı ilə bölüşüb.

Ən böyük məyusluq siyahısına Leonardo da Vinçinin XVI əsrə aid portreti başçılıq edib – söhbət Parisin Luvr muzeyində qorunan məşhur “Mona Liza” və ya “Cokonda” adlanan portretdən gedir.

İkinci yerdə Berlinin divarla iki yerə bölünməsindən sonra yaradılmış Fridrixştrasse küçəsindəki “Çekpoynt Çarli” sərhəd nəzarət-buraxılış məntəqəsi yerləşib. Üçüncü pillədə Brüsseldən olan “İşəyən oğlan” heykəlidir.

Dördüncü yer də Fransa paytaxtının görməli yerinə verilib: turistləri “Mulen Ruj” kabaresi məyus edib. Beşinci yeri isə Kopenhagendəki “Su pərisi” heykəli tutub.

Həmçinin ilk onluqa Parisdəki Eyfel qulləsi, Romadakı İspan pilləkəni və Trevi fontanı, Luvr və Piza qalası daxil olub.