Ev Turizm Xəbərləri Aya Sofyanın adı dəyişdi

Aya Sofyanın adı dəyişdi

Ayasofya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ali Məhkəmənin qərarı ilə məscidə çevrilən Aya Sofya da ilk namazın qılınacağı vaxt açıqlanıb.
İbadət ocağında ilk namaz iyulun 24-də cümə günü qılınacaq.Ötən gün elan edilən qərardan sonra Aya Sofya muzeyinin “Twitter” səhifəsi də bağlanılıb. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin saytında tarixi abidənin adı “Aya Sofya-i Kebir Camii” (Böyük Aya Sofya Məscidi) olaraq dəyişdirilib.

Hər kəsi ən çox maraqlandıran isə namaz zamanı muzey olan binanın daxilindəki freskaların hara olacağıdır. Binanın divarlarında İsa peyğəmbər, Məryəm ana, eləcə də Bizans hökmüradlarının təsvirləri, Apsis mozaykası, Kübbə Mələk təsviri, Deisis kompozisiyası, Komnenoslar mozaykaları var.Məlumata görə, nam qılınacağı hissələrdə yerə xüsusi işıq sistemi quraşdırılacaq. Bu işıqlar freskaların üzərinə salınaraq onlar qaraldılacaq. Gündəmdə olan başqa bir məsələ də mozayka və freskaların üzərinin pərdə ilə bağlanmasıdır.
Bundan başqa Aya Sofyanın ibadətə açılacaq hissələrinə xalılar səriləcək. Turistlərin xalıya basmaması üçün dəhliz yaradılacaq.