“Skyscanner” portalı 2019-cu ildə iki həftəlik istirahət üçün dünyanın ən ucuz istiqamətlərini açıqlayıb.
Siyahıda dünyanın ən ucuz və maraqlı 30 ölkəsi yer alıb.
Reytinq hazırlanan zaman iki nəfər üçün həmin ərazilərə uçuş biletinin qiyməti, qalma və xərclərinin məbləği nəzərə alınıb. Yəni insanlar göstərilən məbləğlə iki həftə ərzində həmin ölkələrə uça, hotel və ya mənzillərdə qala, yerli kafelərdə qidalana bilər.
Siyahıda birinci yeri Belarus tutub. Bu ölkəyə 14 günlük səfər üçün iki nəfərə 1376 dollar lazımdır.
Təqdim edilən reytinqdə Azərbaycan 10-cu yeri tutub. Ölkəmizdə iki nəfər üçün iki həftəlik səfərə 1718 dollar lazım olur.
Siyahıda son yeri isə Tanzaniya tutub. Bu ölkədə eyni səfər üçün insanlar 2704 dollar xərcləməlidir.