Ev Turizm Xəbərləri Azərbaycan ekskursiya istirahəti üzrə ölkələrin beşliyində yer alıb

Azərbaycan ekskursiya istirahəti üzrə ölkələrin beşliyində yer alıb

turizm

16 sentyabr, Fineko/abc.az. Azərbaycan, İtaliya, Böyük Britaniya, Portuqaliya və Belçika ekskursiya istirahəti üzrə ilk beşliyə daxildir.

“TurStat” turizm portalı 2019-cu il sentyabr ayının 16-na olan məlumata görə istirahət üçün ən yaxşı istiqamətlər haqqında National Geographic Traveler Awards 2019 mükafatına hansı xarici ölkələrin səs verdiyi barədə məlumatı təqdim edib.

Sağlamlaşdırıcı istirahət üzrə Çexiya və İordaniya öndə gəlir. Xizək istirahəti üzrə İsveçrə və Avstriya, ekskursiya istirahəti üzrə İtaliya və Böyük Britaniya, ailəvi istirahət üçün İspaniya və Bolqarıstan, çimərlik istirahəti üzrə Yunanıstan və Türkiyə, ekzotik səyahətlər üzrə Yaponiya və Braziliya, qastronomik səyahətlər üzrə Gürcüstan, macəra istirahəti üzrə isə İslandiya irəlidədir”, – deyə TurStat bildirir.

Ekskursiya istirahəti” nominasiyasında İtaliyaya 44%, Böyük Britaniyaya 35%, Portuqaliyaya 10%, Azərbaycan 7%, Belçika isə 4% səs qazanıb.

Səsvermə, National Geographic Rusiya internet saytında oktyabrın 12-dək davam edəcək.