PAYLAŞ

Azərbaycan və Hindistan birbaşa aviareysin açılmasını müzakirə edir

Bu açıqlamanı Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib.

Səfir bildirib ki, bununla əlaqədar sabah Bakıya Hindistandan nümayəndə heyəti gələcək və “Azərbaycan Hava Yolları” QSC ilə danışıqlar keçirəcək:

Sancay Rana

“Birbaşa reyslər ölkələr arasında turist axınının artmasına və işgüzar münasibətlərin inkişafına xidmət edəcək. Bu istiqamətdə danışıqlar aparılır. Amma hələ ki bu, başlanğıc səviyyədədir”.

Qeyd edək ki, bir müddət əvvəl səfir Trend-ə açıqlamasında müntəzəm aviareyslərlə yanaşı kommersiya reyslərinin də işə salınması imkanının müzakirə olunduğunu bildirmişdi.