PAYLAŞ
HOTREC

Azərbaycan Hotel Assosiasiyası Avropanın aparıcı turizm təşkilatına müşahidəçi üzv qəbul edildi.

Mayın 16-da Finlandiyanın Helsinki şəhərində Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) Baş Assambleyasının 78-ci toplantısında Azərbaycan Hotel Assosiasiyası təşkilata müşahidəçi üzv kimi qəbul edilib.

HOTREC

Tədbirdə çıxış edən Azərbaycan Hotel Assosiasiyasının prezidenti Martin Kleinman Avropada qonaqpərvərlik və turizm sektoru maraqlarını təmsil edən təşkilata üzvlüyün təcrübə mübadiləsidir. Həmçinin Azərbaycan və Avropada qonaqpərvərlik sənayesinin çatışmazlıqlar və gələcək inkişaf perspektivlərinin müzakirəsi üçün unikal forum olduğunu qeyd edib.

Baş Assambleyada “HOTREC”-ə üzv olan digər ölkələrə Azərbaycanın yeni turizm brendi “Bir daha bax” (“Take another look”) şüarı əsasında hazırlanan tanıtım videoçarxı təqdim edilib.

HOTREC

Xatırladaq ki, ötən ilin avqustunda “HOTREC – Hospitality Europe” təşkilatının vitse-prezidenti Akos Niklai Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşüb. Azərbaycan Hotel Assosiasiyasının yaradılması və onun beynəlxalq təşkilata müşahidəçi statuslu üzv olması məsələsini müzakirə edib.

Qeyd edək ki, “HOTREC – Hospitality Europe” Avropanın 31 ölkəsindən 43 turizm üzrə ixtisaslaşmış assosiasiya, hotel, restoran və bu istiqamətdə ixtisaslaşmış şirkəti birləşdirir. Turizm sənayesinin inkişafı, innovasiyaların və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, eyni zamanda yeni “yaşıl” texnologiyalar vasitəsilə ətraf mühitin qorunması əsas məqsədlərdəndir. Qastronomik turizmdə resursların daha effektiv istifadəsi, eləcə də sağlam və təhlükəsiz qida prinsipi əsasında dayanıqlılığı təmin edir. Turizm sənayesi iştirakçıları arasında rəqabətliliyin artırılması kimi istiqamətlər üzrə fəaliyyət göstərir.