PAYLAŞ
Azərbayan və İsrail

Təl-Əviv şəhərində təşkil olunan “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2019) sərgisində ölkəmizi Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndə heyəti təmsil edir.

Dövlət Turizm Agentliyindən , Azərbaycan Hava Yolları, Bakı Turizm İnformasiya Mərkəzi, “Silk Way Travel”, “Improtex Travel”, “Paşa Travel”, “Falcon Luxury Travel”, “Geo Travel”, “Khazar Travel”, “Millenium Travel”, “Absheron Hotel Group”, “Pullman”, “Fairmont” kimi turizm şirkətləri qatılıb. Otellərin qatıldığı sərgidə ümumilikdə 16 təşkilat iştirak edir.

Artıq 25 ildir ki, təşkil olunan sərgidə 86 kvadratmetrlik sahədə ölkəmizin turizm imkanları tanıdılır. İsrail və region ölkələri ilə tərəfdaşlıq əlaqələri müzakirə olunur.

Sərginin ilk günündə Ermənistan stendində işğal altında olan torpaqlarımızın turizm potensialı ilə bağlı təbliğat vasitələrinin paylanmasına etiraz olaraq təşkilatçılara müraciət olunub. Təşkilatçıların qəti tələbi ilə stenddən Dağlıq Qarabağı ayrıca subyekt kimi təqdim edən təxribat mahiyyətli materiallar yığışdırılıb . Ermənistana xəbərdarlıq olunub.

Məlumat üçün bildirək ki, son illər Azərbaycana maraq göstərən ölkələr arasında İsrail xüsusilə seçilir. Belə ki, 2017-ci illə müqayisədə ötən il İsraildən Azərbaycana gələn səyahətçilərin sayında 161 faiz artım (40 min səyahətçi) olub.