PAYLAŞ
Festival

Romanın “Westin Excelsior Rome” otelində Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın İtaliyadakı səfirliyi və İtaliya-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə İtaliyada ikinci Azərbaycan mətbəxi festivalının təntənəli açılışı keçirilib.

Tədbirdə İtaliya hökumətinin, parlamentinin nümayəndələri, mədəniyyət, incəsənət, kulinariya aləminin tanınmış simaları, kütləvi informasiya vasitələrinin təmsilçiləri, habelə diplomatik korpusun nümayəndələri iştirak ediblər.

turizm

Tədbiri giriş sözü ilə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə açıb. O bildirib ki ötən illərdə olduğu kimi, bu il də ölkəmizin mədəniyyətinin İtaliyada tanıdılması istiqamətində çoxsaylı tədbirlərlə yadda qalıb. İtaliyada ikinci dəfə keçirilən Azərbaycan mətbəxi festivalının təşkilində məqsədin ölkəmizin zəngin mədəniyyətinin tərkib hissəsi və xalqımızın əsrlərboyu formalaşmış tarixi dəyəri olan kulinariya ənənələrimizin italyanlara tanıdılması olduğunu deyib. Səfir qeyd edib ki, 2017-ci ildə keçirilmiş festival da yerlilərin və qonaqların həddən artıq xoşuna gəlmişdir. Bu il də tədbirə maraq olduqca böyükdür.

Vurğulanıb ki, 2020-ci il İtaliyada keçiriləcək Azərbaycan Mədəniyyət ili çərçivəsində tədbirlər təşkil olunacaq. Tədbirlər zamanı ölkəmizin milli dəyərləri, tarixi, mədəniyyəti italyan xalqına təqdim olunacaq.

İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi isə festivalın keçirilməsinin Azərbaycan mətbəxi ilə yanaşı, adət və ənənələrinin, habelə qonaqpərvərliyinin bariz nümunəsi kimi dəyərləndirib. Eyni qonaqpərvərliyi hazırda Azərbaycanda keçirilən İtalyan Mətbəxi Həftəsi çərçivəsində həmvətənlərinin də gördüyündən əminliyini ifadə edən xanım Traldi iki ölkə arasındakı dostluğu yüksək qiymətləndirdi. O vurğuladı ki, Azərbaycan brendlərinə maraq İtaliyada gündən-günə artır.

festival

Tədbirdə İtaliyanın məşhur “Polaris nəşriyyat evi” tərəfindən yenicə dərc olunmuş “Azərbaycan bələdçisi” kitabı da təqdim olunub. Azərbaycanla bağlı ilk dəfə dərc olunan bu turizm bələdçisi ölkəmizin tarixi-mədəni irsi qorunur. Turizm potensialı, görməli yerləri, milli mətbəxi ilə bağlı mətnləri bu məqsədlə ölkəmizə səfər etmiş italyan jurnalistləri Françesko Neri və Cusi Palumbo tərəfindən hazırlanıb.

Tədbirdə çıxış edən “Polaris nəşriyyat evi”nin direktoru Daniele Bosi “Azərbaycan bələdçisi” kitabının italyan oxucuları və turistlərinə Azərbaycanın tanıdılmasıdır. İtaliyadan Azərbaycana turist axınının artırılması məqsədi daşıdığını, kitabın artıq İtaliyanın məşhur kitab mağazaları şəbəkələrində satışa çıxarıldığını bildirib. Böyük marağa səbəb olduğunuda qeyd edib.

Sonra milli mətbəximizin ən qədim, məşhur və yeni dadları qonaqlara təqdim olunub. Bunlar arasında mətbəximizin şahı olan plov çeşidləri, dolmalar, qutablar, milli şirniyyatlar və daha bir çox çeşid yer alıb. Həmçinin qonaqlara Azərbaycan qonaqpərvərliyinin simvolu olan çay ənənələri də nümayiş etdirilib.

Tədbir zamanı Azərbaycan klassik musiqisinin şah əsərlərindən parçalar səsləndirilib.

Yerli Azərbaycan brendlərinin, o cümlədən şərabların, çayların, şirələrin də nümayiş etdirildiyi festival üç gün davam edəcək.