PAYLAŞ
Bakı

Macəra sevənlərin reytinqində Azərbaycan doqquzuncu yeri tutub…

Azərbaycan macərasevənlər üçün on ən yaxşı ölkənin siyahısına daxil edilib.

İnterAz-ın “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, Britaniya Səyahətçilər Birliyinin mütəxəssisləri 2020-ci ildə məcarə turizminin inkişafı üçün ən böyük potensialı olan ölkələrin adlarını açıqlayıblar.

Birinci yerdə Əlcazair qərarlaşıb. İkinci yerdə Səudiyyə Ərəbistanı, üçüncü yeri isə Pakistan tutur. Macəra sevənlərin reytinqində Azərbaycan doqquzuncu yeri tutub. İlk onluğa isə İran, Özbəkistan, Qazaxıstan, Bosniya və Hersoqovina, Rusiya və Həbəşistan daxil edilib.

Qeyd edilir ki, reytinq hazırlanarkən infrastrukturun inkişaf səviyyəsi, təbii və tarixi yerlər, qonaqpərvər yerli sakinlər, nisbətən az sayda turist, məscidlər, şərq bazarları, Roma, Osmanlı, ərəb və Bizans tarixinin mədəni obyektləri kimi parametrlər nəzərə alınıb.