PAYLAŞ
Azərbaycan

Azərbaycan MDB məkanında ekskursiya turizminin üç ən yaxşı istiqamətindən biri sayılıb.

“TurStat” analitika agentliyi Rusiya turistlərinin ekskursiya turları, istirahəti və səyahətləri üçün MDB ölkələrinin ən yaxşı ekskursiya istiqamətlərinin reytinqini tərtib edib.

Ekskursiya turizmi bələdçilərin müşayiəti ilə mədəni-maarifləndirici turları və ekskursiyaları nəzərdə tutur. “TurStat”ın məlumatına görə, MDB ölkələrində ekskursiya turizmi bir il ərzində 3 milyondan çox ekskursiya səfərini və turunu əhatə edir.

MDB-də ekskursiya istirahəti üçün üç ən yaxşı istiqamət Belarus, Qazaxıstan Azərbaycandır.

Reytinq ekskursiya turları və internet-sorğu bazarının tədqiqi nəticəsində əldə olunan məlumat əsasında tərtib edilib.

“TurStat”ın məlumatına görə, MDB ölkələrinə 7 günlük ekskursiya turu, orta hesabla, 500-1000 dollara başa gəlir.