PAYLAŞ
Azərbaycan

Azərbaycanda Bakı, Qobustan, Şəki və Qəbələ MDB ölkələrində müəllif turları üçün ən populyar istiqamətlər siyahısına daxil edilib.

AZƏRTAC xəbər verir ki, Rusiyanın “TurStat” turizm portalı rusiyalı turistlər üçün MDB-də müəllif turlarının ən populyar istiqamətlərinin siyahısını təqdim edib.

Bu siyahıya, Azərbaycandan Bakı, Qobustan, Şəki və Qəbələ ilə yanaşı, həmçinin Qazaxıstandan Almatı şəhəri və Almatı vilayəti, Burabay və Aktau, Belarusdan Minsk şəhəri, Minsk vilayəti və Vitebsk, Özbəkistandan Buxara və Səmərqənd və s. daxil edilib.

“Turstat”ın məlumatına görə, müəllif turları turizmin ən populyar növlərindən birinə çevrilir. Travel-bloggerlər tərəfindən təqdim edilən müəllif turları və ekskursiyalar daha çox populyarlaşır.

Müəllif turları dedikdə, travel-ekspertlə 5-15 nəfərlik kiçik qruplarda səyahət və turlar nəzərdə tutulur.

Müəllif qastronomik turlarına, ekskursiya turlarına, trekinq-turlara və ekspedisiyalara, cip-turlara, həmçinin fototurlara daha çox tələbat var. Bir həftəlik müəllif turuna turistlər iki adama 1000-1500 dollar xərcləməyə hazırdırlar.

Reytinq müəllif turları və istirahət təklifləri bazarının analizinin nəticələri əsasında tərtib edilib.