PAYLAŞ
otel

Yeni ilə 1 ay qalmış, bölgələrdəki lüks otellərdə qiymətlər bahalaşıb. Baxmayaraq ki, ildən ilə otellərin sayı da artır, lakin qiymətlər də hər il demək olar ki 10 fazi qalxır.

BAKU.WS xəbər verir ki, bu barədə Xəzər TV sujet hazırlayıb.

Qeyd edək ki, hazırda ölkəmizdə təklif olunan qiymətlər türkiyə, dubay hətta avropadakı tariflərdən belə yüksəkdir. Müqayisəli mənzərəni sizə təqdim edirik.

Yeni il günü Azərbaycanın bölgələrində otellərin qiyməti 1900 manat, Türkiyədə 1200, Avropa ölkələrində isə 1700 manata təklif edilir.

Hər il olduğu kimi bu il də bölgələrdə fəaliyyət göstərən otellər Yeni il ərəfəsində öz xidmətlərini çox baha qiymətə təklif edir. Quba, Qəbələ və Şamaxıda 4 ulduzlu otellərdə qiymətlər 800 min manat , 5 ulduzlu otellərdə isə 2 min -4 min manata qədər dəyişir. Ekspertlər ildən ilə qiymətlərin artdığını deyirlər.

Turizm üzrə ekspert Elgün Babayevin sözlərinə görə, bölgələrdə fəaliyyət göstərən otellərin çox az hissəsi gündə 3 dəfə qidalanma təklif edir. Göstərilən qiymətlərə isə yalnız səhər yeməyi daxildir. Halbuki 1000 manatdan başlayan qiymətlərlə qarşılama, yola salma və 3 dəfə qidalanma da daxil olmaqla, 5 gün ərzində yeni ili Türkiyədə keçirmək mümkündür.

Ekspert onu da bildirir ki, qiymətlərin baha olmasına əsas səbəb bölgələrdə ekonom otellərin sayının az olması və hər dəfə yeni ildə ölkəyə daha çox turistin gəlməsidir. Qiymətlərin bahalılığına baxmayaraq, hazırda bölgələrdə əksər otellərdə yerlərin çoxu satılıb.