Ev Turizm Xəbərləri Azərbaycan Qafqazın turizm bazarının lideridir

Azərbaycan Qafqazın turizm bazarının lideridir

Qafqaz

Rusiya aviaşirkətlərinin təyyarələrinin Gürcüstana uçuşunun dayandırılması ilə əlaqədar Rusiyada “Azərbaycan Gürcüstanı əvəz edə bilərmi?” mövzusunda diskussiyalar səngimir.

Rusiya turizm bazarında ən təcrübəli şirkətlərdən biri olan “Jarkov Tur” şirkətinin baş direktoru Andrey Jarkovun bu barədə fikrini təqdim edir.

A.Jarkov deyib: “Azərbaycan Gürcüstana layiqli əvəzdir, bəzi məqamlarda isə Azərbaycan daha yaxşı istiqamətdir. Məsələn, servis sahəsində. Qafqazın heç bir başqa respublikasında bu dərəcədə yüksək səviyyəli servis görməzsiniz. Bu servisin səviyyəsi artıq Heydər Əliyev aeroportunda hiss edilir. Pasport nəzarəti masasında gömrük xidmətinin əməkdaşları qonaqları gülərüzlə qarşılayır və onlara bu ölkədə xoş istirahət arzu edirlər.

Zəngin mədəni və tarixi irs, əla mətbəx – yaxşı məzuniyyətin bu mühüm tərkib hissələri Gürcüstanla müqayisədə Azərbaycanda heç də aşağı səviyyədə deyil. Burada dəniz, kurortlar, hətta sağlamlıq kurortları da var. Məsələn, Nabran şəhərində balneoloji kurort əla səviyyədədir.

Bundan əlavə, bu respublikaya “Azərbaycan Hava Yolları”, “Aeroflot”, “Uralskiye Avialinii”, S7, “Nordwind”, “UTrair”“İraero” şirkətlərinin təyyarələri uçur. Onu da qeyd etmək lazımdır ki, Moskva-Bakı aviabiletlərinin qiyməti tamamilə məqbuldur”.

Qeyd edək ki, “Jarkov Tur” şirkəti Rusiya bazarında Azərbaycana turlar satışı ilə çoxdan məşğul olur. Andrey Jarkov www.tourbus.ru saytına bir qədər əvvəl verdiyi müsahibədə qeyd edib ki, turizm istiqaməti kimi Azərbaycana tələbat ilbəil artır. O deyib: “Burada Xəzər dənizinin lap sahilində yerləşən bir neçə maraqlı otel açılıb. Bir mühüm məqam da var ki, Azərbaycandakı otellər dialoq həmişə açıqdır və yaxşı qiymətlər təklif edirlər”.