Ev Gəzməli yerlər Gəzəyənlər Azərbaycan rusiyalı turistlərin istirahəti üçün ən ucuz ölkələrin reytinqində altıncı yeri tutub

Azərbaycan rusiyalı turistlərin istirahəti üçün ən ucuz ölkələrin reytinqində altıncı yeri tutub

Azərbaycan

Aviabiletlərin və otellərin axtarışı ilə məşğul olan ən iri portallardan biri – “Skyscanner”- dir. Rusiyalı turistlərin istirahəti üçün ən ucuz ölkələrin reytinqini tərtib edib.

Rusiyadan olan biletlərin qiymətləri, habelə 14 günlüyə məzuniyyətə gedən, oteldə, yaxud kirayələnmiş mənzildə yaşayan, yerli kafelərdə və bəzən restoranlarda qidalanan, vaxtaşırı şəhər nəqliyyatından istifadə edən və bahalı əyləncələrdən imtina etməyən iki müstəqil səyyah üçün istirahət yerindəki xərclər əsas götürülüb.

Rusiyalı turistlər arasında populyar olan Türkiyə reytinq cədvəlində Azərbaycandan sonra yeddinci yeri tutub. Belarus, Moldova, Albaniya və Macarıstan da ilk on ölkə sırasında yer alıb.