PAYLAŞ
Cavanşir Axundov

Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov Valka şəhərinin meri Vends Armands Kraklisin dəvəti ilə bu şəhərə səfər edib.

Valka şəhərinə ilboyu turist axınının olması və alıcılıq qabiliyyətinin də yüksəkliyinin nəzərə alınaraq, Azərbaycan şirkətlərinin də Valka bazarlarında təmsil olunmasının məqsədəuyğunluğu əsas müzakirə mövzusu olub.

Görüş zamanı V.A.Kraklis Valka şəhərinin iqtisadiyyatı və beynəlxalq əməkdaşlıq imkanları barədə səfir C.Axundova məlumat verib. Valka şəhərinin Estoniya ilə sərhəddə yerləşməklə əlverişli coğrafi mövqeyə, tranzit-ticarət və regional bazarlara çıxış imkanlarına malik olduğunu qeyd edib. Mer son illərdə Valkaya turist axınının da artdığını bildirib.