Ev Turizm Xəbərləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyası vətəndaşlara və turizm şirkətlərinə müraciət ünvanlayıb

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası vətəndaşlara və turizm şirkətlərinə müraciət ünvanlayıb

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası

Misirin Şarm El Şeyx şəhərinə aviabiletlər satma hüququ olan Gürcüstanın “İnterco Travel” şirkətinin səlahiyyətləri yanvarın-22-dən Ermənistanın “Anriva Tour” şirkətinə keçib. Bununla da Misir aviaşirkətinin Gürcüstanda kommersiya nümayəndəliyi dəyişib. “Air Cairo” hava yollarının Gürcüstan üzrə nümayəndəliyi Ermənistan şirkəti təyin olunub. Artıq “Anriva Tour” bununla bağlı turizm şirkətlərinə müraciət ünvanlayıb.

Müraciətdə “Anriva Tour” şirkəti narahatlığa əsas olmadığını və uçuşların əvvəlki qaydada həyata keçiriləcəyini bildirib. “İnterco Travel” ilə iş birliyində olan turizm şirkətlərini əməkdaşlığa çağırıb.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, Assosiasiya “Anriva Tour” şirkətinin xidmətlərindən yararlanarkən daxil edilən şəxsi məlumatların şirkətin İrəvan şəhərində yerləşən baş ofisində toplandığını, təxribatyönümlü halların başvermə riskinin yüksək olduğunu, eyni zamanda, zərurət yarandığı təqdirdə Ermənistan hava limanlarına belə eniş etmə niyyətlərinin açıqlamasını nəzərə alıb, yaranmış vəziyyətlə bağlı vətəndaşlara və turizm şirkətlərinə müraciət edərək “Anriva Tour” şirkətinin xidmətlərindən yararlanmağı və əməkdaşlıq etməyi məqsədəuyğun saymır. O üzdən Misirə uçmaq üçün digər alternativ yollarından istifadə etməyi məsləhət görür.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası “Anriva Tour” şirkətinin Azərbaycanın turizm bazarına da çıxış əldə etmək üçün müxtəlif vasitələrdən istifadə edə biləcəyi riskini nəzərə alaraq turizm şirkətlərini diqqətli olmağa çağırıb.