Ev Gəzməli yerlər Gəzəyənlər Azərbaycan Turizm Bürosu daha 4 regionda nümayəndəlik açmağı planlaşdırır

Azərbaycan Turizm Bürosu daha 4 regionda nümayəndəlik açmağı planlaşdırır

Azərbaycan Turizm Bürosu

4 regionda nümayəndəlik

Ötən il Azərbaycan Turizm Bürosunun (ATB) altı regionda – Rusiya, BƏƏ , Səudiyyə Ərəbistanı, Hindistan, Almaniya və Çində nümayəndəliyi fəaliyyətə başlayıb.

Qurum bu il daha dörd nümayəndəliyin açılmasını planlaşdırır.

Qeyd olunan bazarlar ilə daha sıx əməkdaşlıq əlaqələrinin yaradılması və ölkəmizdəki turizm müəssisələri barədə ATB-nin məlumat bazasına daxil edilməsi planlaşdırılıb. Büro yerli turizm şirkətlərinin siyahısını tərtib edərək, şirkətlərin təklif etdiyi turizm xidmətləri, müəyyənləşdirdikləri strateji əhəmiyyətli turizm bazarları və il boyunca nümayiş etdirdikləri fəaliyyətə əsasən “Azərbaycan turizm şirkətlərinin meyarlar sorğusu”nu da tərtib edib.