Ev Turizm Xəbərləri Azərbaycan Turizm Bürosu UEFA-nın Avropa Liqasının final oyununun təbliği məqsədilə xüsusi tədbirlər...

Azərbaycan Turizm Bürosu UEFA-nın Avropa Liqasının final oyununun təbliği məqsədilə xüsusi tədbirlər görüb

turistlər

UEFA-nın Avropa Liqasının Bakıda keçirilən final oyununun təbliğatı məqsədilə Azərbaycan Turizm Bürosu tərəfindən “Times”, “The Telegraph”, “Press Association”, “Daily Star”, “The Mirror”, “The Sun” kimi dünya üzrə ən çox oxunan mətbuat orqanlarından olan 11 nəfərlik media nümayəndələri üçün tur təşkil edilib.

Dövlət Turizm Agentliyindən  bildirilib ki, media nümayəndələrinə Bakının turizm məkanları tanıdılıb. Ölkəmiz haqqında ətraflı məlumat verilib.

Azərbaycan Turizm Bürosu tərəfindən final oyunu ərəfəsində təbliğat məqsədilə bir neçə maraqlı addım atılbıb. Bunlardan biri də “Snapçat” üçün Azərbaycanın turizm brendi və loqosuna uyğun olaraq final oyununa məxsus, London şəhərində aktiv olan xüsusi filterin hazırlanması olub.

Azərbaycana səyahət edən “Çelsi” klubunun fanatları ata və oğul üçün xüsusi qarşılanma təşkil edilib. Belə ki, dünyanın nüfuzlu “Reuters”, “Yahoo News”, “Daily Mail”, “BBC”, “ITN (Independent Television News)”, “Radio1” kimi kütləvi informasiya vasitələri Londondan İstanbula, oradan Gürcüstan, daha sonra qatarla Azərbaycana oyunu izləmək üçün gələn “Çelsi” klubunun fanatları ata və oğul Kevin Cobb və Jake Ralphın Azərbaycana səyahəti haqqında geniş məqalələr hazırlayıblar.

Müsahibələrində onlar Azərbaycanda xoş qarşılandıqlarını və onlara göstərilən diqqətdən məmnun qaldıqlarını dilə gətiriblər.

Həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda turistlər üçün yaradılan xüsusi informasiya mərkəzlərində məlumatlandırıcı broşürlər paylanılıb.

Xatırladaq ki, Azərbaycan Turizm Bürosu tərəfindən mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilmiş UEFA-nın Avropa Liqasının final oyunu keçirilib. Bununla əlaqədar ölkəyə gəlmiş xarici qonaqların qabaqcadan məlumatlandırılması məqsədilə veb-sayt hazırlanmışdır. İnformativ xarakter daşıyan, https://bakufinal.azerbaijan.travel/ ünvanında yerləşən saytda azarkeşləri maraqlandıra biləcək suallara xüsusi bölmələr üzrə cavablar yerləşdirilib.