turizm

Dekabrın 6-da Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsinə başlanılıb. Buna görə də uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya attestatının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid ulduz kateqoriyasının hotelçiliyin inkişafı üçün mühüm addım olduğunu qeyd edib. Azərbaycan qonaqpərəvərlik sənayesinə müsbət yeniliklər gətirəcək. Beləliklə, turistlərə daha keyfiyyətli xidmətlərin təqdim olunmasına vəsilə olacağını bildirib.

“Azərbaycanda ilk dəfə olaraq verilən bu akkreditasiya attestatı ölkədə fəaliyyət göstərən mehmanxanaların ulduz kateqoriyalarının dəqiq müəyyənləşdirilməsinə xidmət edəcək”. Azərbaycan Akkreditasiya Mərkəzinin baş direktoru Namiq Əliyev bu haqda məlumat verib.

Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən mehmanxanaların ulduz kateqoriyaları Milli Ulduz Təsnifat Sistemi əsasında müəyyənləşdiriləcək.

Milli Ulduz Təsnifat Sistemi hotelçilik sahəsində ixtisaslaşmış təşkilat kimi Azərbaycan Hotel Assosiasiyası tərəfindən Avropa Mehmanxanalar Assosiasiyasının – “Hotelstars Union”un təsnifat meyarları əsasında hazırlanıb.

Qeyd edək ki, mövcud təcrübə Türkiyə və Gürcüstan kimi qonşu ölkələrdə də tətbiq olunur.

Azərbaycan Hotel Assosiasiyası Avropa Mehmanxanalar Assosiasiyasının – “Hotelstars Union”un və Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) müşahidəçi üzvüdür.

Baş icraçı direktor Florian Zenqstşmid məlumat verib ki, hotellərə udluzların verilməsi prosesi 2020-ci ilin ilk rübündə başlayacaq. İlk mərhələ üçün 100-dən çox hotelin ulduzlaşması həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, Azərbaycan Akkreditasiya Mərkəzi 2017-ci ilin noyabr ayında Avropa Akkreditasiya Təşkilatının və 2018-ci ilin mart ayından Laboratoriyaların Akkreditasiyası təşkilatının assosiativ üzvlüyünə qəbul edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin