Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə artıb.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Bakıda Azərbaycan-Almaniya yüksək səviyyəli işçi qrupunun səkkizinci iclası zamanı deyib.
O qeyd edib ki, ötən il Almaniyanın Cənubi Qafqazda tərəfdaşları arasında Azərbaycanın payı 70 faiz təşkil edib.
Nazir müavini həmçinin Azərbaycanın iqtisadi göstəriciləri barədə də məlumat verib. Onun sözlərinə görə, ölkədə inflyasiya 2,3 təşkil edib, ÜDM 1,4 faiz artıb, kənd təsərrüfatı sahəsində artım 4,6 faiz, turizm sahəsində 7,6 faiz, nəqliyyat sahəsində 7,9 faiz təşkil edib:
“Əsas kapitala investisiyalar 12,9 milyard manat, xarici ticarətdə müsbət saldo 7,6 milyard manata bərabər olub”.
R.Məmmədov əlavə edib ki, Azərbaycan ixracı 30 faiz, o cümlədən qeyri-neft ixracını 10 faiz artırıb. Kənd təsərrüfatı məhsullarının ixracı 12 faiz, sənaye məhsullarının ixracı 9 faiz artıb.