Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər nazirinin müavini Əbdülrəhman Əli Əl-Rassini qəbul edib.
Azərbaycanın Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında mövcud olan sıx münasibətlərin inkişaf etməsindən məmnunluq ifadə olunub. Bu mənada, iqtisadi-ticari, o cümlədən sərmayələr, habelə turizm sahəsində müşahidə edilən müsbət dinamika qeyd olunub.

Tərəflər BMT və digər beynəlxalq təşkilatlarda qarşılıqlı əsasda göstərilən dəstəyin davam etdiriləcəyini bildiriblər. Eyni zamanda, BMT-nin 2030 il Gündəliyi çərçivəsində iqtisadi və humanitar inkişaf məqsədlərinə nail olmasının vacibliyi qeyd edilib.
Nazir Elmar Məmmədyarov, həmçinin QH ilə G-77 arasında əlaqələndirilmiş fəaliyyətin, eləcə də Cənub-Cənub çərçivəsində əməkdaşlığın əhəmiyyətinə diqqət yetirib.
Səudiyyəli rəsmisi Azərbaycanın QH-də sədrliyinin uğurlu olacağına və ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə dair ümidi ifadə edib.
