PAYLAŞ
Varna şəhəri

Azərbaycanın turizm potensialının və mədəniyyətinin Bolqarıstanda təbliğinin davamı olaraq Bolqarıstanın Turizm Nazirliyi, Varna Şəhəri İcra Hakimiyyəti və Varna Turizm Palatası tərəfindən Varna şəhərində təşkil olunan 12-ci Qara Dəniz Turizm Forumunda ölkəmiz də təmsil olunub.

Varna şəhərində

MICE turizm: festival, təşviqat, konfrans və sərgilər” adı altında baş tutan bu forumda Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə ölkəmizin turizm potensialı haqqında təqdimat keçirilib, forum çərçivəsində təşkil edilmiş sərgidə Azərbaycan milli stendlə təmsil olunub. Təqdimat zamanı Azərbaycanın təbiəti, tarixi, mədəniyyəti, ənənələri, mətbəxi, keçirilən mötəbər beynəlxalq tədbirlər haqqında danışılıb. Ölkəmizin turizm infrastrukturu, mövcud turizm marşrutları və turistlər üçün yaradılmış şərait barədə tədbir iştirakçılarına məlumat verilib. Milli stenddə Azərbaycan xalçaları və sənətkarlıq nümunələri nümayiş olunub, ölkəmizin turizm potensialını əks etdirən broşürlər və suvenirlər tədbir iştirakçılarına paylanılıb. Ölkə stendində, həmçinin Azərbaycan istehsallı nar şirəsinin və şərabların dequstasiyası, şirniyyatlarımızın təqdimatı olub. Azərbaycan stendi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.