Turist axını
Astara-Rəşt dəmir yolu açılandan sonra təkcə yüklər yox, eyni zamanda, sərnişinlər də daşınacaq. Böyük turist axını gözlənilir.
Gezmeli.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan-İran biznes forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, hər il Azərbaycandan İrana, İrandan Azərbaycana yüz minlərlə insan səyahət edir:
“Dəmir yolu açılandan sonra təkcə yüklər yox, eyni zamanda, sərnişinlər də daşınacaq. Ona görə də turizm infrastrukturuna böyük investisiyalar qoyulmalıdır. Mən həm Azərbaycan, həm İran iş adamlarına müraciət edərək onları bu işlərə dəvət edirəm.
Həm İranda, həm Azərbaycanda qarşılıqlı sərmayə qoyuluşu, turizm infrastrukturuna, hotellərin tikintisinə, digər turizm infrastrukturuna qoyulacaq sərmayə əminəm ki, batmayacaq, əksinə, yaxşı gəlir gətirəcəkdir”.