PAYLAŞ
Çin

Azərbaycana Çindən gələn turistlərin sayı daha da artacaq.

Trend-in məlumatına görə, bunu Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov “Küçə sənətçiləri” adlı layihənin təqdimatında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan və Çin arasında imzalanmış memoranduma əsasən, ölkəyə gələn çinli turistlərin sayında artım baş verəcək.

Artıq belə bir artımın müşahidə olunduğunu deyən R.Bağırov bildirib ki, son 2-3 ildə Azərbaycana, o cümlədən Bakıya çoxlu sayda turist gəlir. Ötən illə müqayisədə bu il Azərbaycana gələn turistlərin sayı 6,5 faiz artım var:

“Statistikada hər ay və hər il turistlərin sayında artım müşahidə olunur. Gələn turistlərin məqsədləri fərqli olur. Onların bəziləri gəzmək, bəziləri alış-veriş, bəziləri isə müalicə məqsədi ilə gəlir. Dövlət Turizm Agentliyi turistlərin daha çox gəlməsi üçün imkanlar yaradır”.