PAYLAŞ
Turizm

Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı ötən ilin yanvar-dekabr dövründə 224 min nəfər təşkil edib. Bu da 2018-ci ilin yanvar-dekabr dövrünə nisbətdə 14.7% artım hesab olunur.

2019-cu ilin yanvar-dekabr aylarında Azərbaycana səfər edən xarici vətəndaşların sayı 3.17 milyon nəfər təşkil edib. Bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11.4% artım deməkdir. Sputnik Azərbaycan-a bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Xəbərdə bildirilir ki, artımın qeyd olunduğu əsas istiqamətləri Rusiya, Gürcüstan, İran, Türkiyə, eyni zamanda Asiya və Avropa ölkələri təşkil edir. Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı ötən ilin yanvar-dekabr dövründə 224 min nəfər təşkil edib ki, bu da 2018-ci ilin yanvar-dekabr dövrünə nisbətdə 14.7% artım hesab olunur.

Bu regiondan daha çox ziyarətçi Böyük Britaniya (36 min nəfər və ya 25.3% artım), Almaniya (20 min nəfər və ya 19.4% artım), İtaliya (12 min nəfər və ya 10.8% artım) və Fransadan (9 min nəfər və ya 15.2% artım) təşkil edib. Cənubi Asiya ölkələri arasında 65 min nəfərlə Hindistandan və 46 min nəfərlə isə Pakistandan müvafiq olaraq 66.8% 12.9% artım qeydə alınıb.

Mərkəzi Asiya ölkələrindən gələn səyahətçilər arasında Türkmənistandan gələn qonaqların sayı 85% artıb. Qazaxıstandan gələnlərin sayı da 26.1% artaraq 47 min nəfərə, Özbəkistandan gələnləri sayı isə 28.3% artaraq 23 min nəfərə çatıb. Azərbaycana səfər edən İsrail vətəndaşları arasında da 17% artım müşahidə edilib. Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanı vətəndaşları Yaxın Şərq ölkələrindən gələn səyahətçilər arasında üstünlük təşkil edərək 46.7% artım göstərib. Azərbaycanın turizm nümayəndəliyinin fəaliyyət göstərdiyi Çindən 62.4% artım müşahidə olunub. Bu il ərzində növbəti turizm nümayəndəliklərinin fəaliyyət göstərəcəyi Cənubi Koreya üzrə 19.9%, Ukrayna üzrə isə 2.4% artım müşahidə edilib.