Ev Gəzməli yerlər Gəzəyənlər Azərbaycana Hindistandan turist cəlb olunur

Azərbaycana Hindistandan turist cəlb olunur

Hindistan

Azərbaycan Turizm Assosiasiyası (AzTA) ölkəyə Hindistandan turistlərin cəlb olunması üzərində işləyir. Bu barədə “Trend”ə assosiasiyanın sədri Nahid Bağırov bildirib.

Onun sözlərinə görə, AzTA hazırda müxtəlif Hindistan şirkətləri ilə danışıqlar aparır:

“Assosiasiya Bakıda Hindistan filminin bəzi səhnələrinin çəkilməsi təşəbbüsü ilə çıxış edib. Bu filmin çəkilişləri bir müddət əvvəl başa çatıb. Film ekranlara çıxanda bu, Azərbaycan üçün böyük reklam olacaq. Bu cür filmlər həmçinin Hindistandan turist axınının artmasına təsir göstərəcək”.

2019-cu il üçün prioritetlərindən danışan N.Bağırov qeyd edib ki, bu, Hindistan bazarında fəal iştirak, eləcə də ərəb bazarının qorunub saxlanılmasıdır:

“Ərəb turisti digər ölkələrdə da populyardır. Demək olar ki, bütün ölkələr ərəb turistlərini cəlb etməyə çalışır”.

Azərbaycanın turistlər arasında ən populyar regionuna gəldikdə isə assosiasiya rəhbəri bildirib ki, əsas turist axını Qəbələdə müşahidə olunur.