Qeyri-mühacir viza
ABŞ-ın Bakıdakı Səfirliyinin Konsulluq şöbəsinin rəhbəri Kim Morales oxucularının suallarını cavablandırır.
Bu yaxınlarda sosial mediada ABŞ-ın Bakıdakı Səfirliyində qeyri-mühacir vizaların verilməsi ilə bağlı bir sıra mülahizələr yayıldı və vizaların verilməsi barədə qəbul olunan qərarlara kənar şəxslərin təsir etdikləri iddia edildi.
Vaşinqton D.C.-də fəaliyyət göstərən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının qarşının alınması üzrə daxili bölmədə çalışmış bir insan kimi mən, tam əminliklə təsdiq edə bilərəm ki, fəaliyyətimizin şəffaflığı və düzgünlüyünün təmin olunması üçün bütün müdafiə vasitələri təmin edilmişdir.
İstənilən gün hökumət işçilərinin, biznesmenlərin, hüquq-mühafizə orqanı əməkdaşlarının və bir sıra müxtəlif vəzifələrdə çalışan digər insanların viza prosesi ilə bağlı növbə gözlədiklərinin şahidi olmaq olar.
Vəzifəsindən və mövqeyindən asılı olmayaraq, bütün ərizəçilərə eyni prosedur qaydaları şamil olunur. Tapşırıq və korrupsiya hallarına bizim səfirlikdə yer yoxdur.
Bu gün mən, vizanın verilməsi ilə bağlı sizin tanış olmadığınız bu fəaliyyəti necə və nə üçün həyata keçirdiyimiz barədə daha ətraflı məlumat verəcəyəm və müraciətlərin araşdırılması ilə bağlı konkret məqamları diqqətinizə çatdıracağam.
Ümid edirəm ki, aşağıdakı sualların cavabı sizə qeyd olunan fəaliyyəti daha yaxşı dərk etməyə kömək edəcəkdir.
Qeyri-mühacir vizası üçün necə müraciət etmək olar?
Bunun üçün ilk növbədə ərizəçi onlayn ərizə formasını (DS-160) doldurur, bütün suallara tam və düzgün cavab verir. Əgər ərizə forması ərizəçinin özü tərəfindən deyil, başqası tərəfindən hazırlanmışdırsa, bu, ərizədə qeyd olunmalıdır.
Ərizə forması əsasında ərizəçi ştrix kodu aldıqdan sonra viza xidməti mərkəzinin internet səhifəsinə daxil olaraq viza haqqını ödəməli və müsahibənin tarixini təyin etməlidir və yaxud müvafiq hesab olunduğu halda sənədləri kuryerlə göndərməlidir.
Biz müsahibə üçün görüş vaxtını ən azı bir ay öncədən təyin etməyinizi tövsiyə edirik. Tətil mövsümlərində isə görüş vaxtını nəzərdən tutulan səfər tarixindən ən azı 45 gün öncə təyin etməlisiniz. Müsahibənin təyin olunduğu tarixdə ərizəçi özü şəxsən səfirliyə gəlməlidir.
“Aramex” şirkəti tərəfindən ərizəçiyə e-poçt vasitəsilə məlumat verilir və ona pasportun onların ofisindən götürülməsi izah edilir.