PAYLAŞ
turizm

Azərbaycanda aqrar turizmə daha çox Asiya və Avropa ölkələrindən gələn turistlər müraciət edir.

Bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova bildirib. Onun sözlərinə görə, avropalıları uzun illər əvvəl də Azərbaycanın regionlarında görmək mümkün idi:

“Statistika onu göstərir ki, bu günəcən bizim səfərlərin heç birində ərəb turistlər olmayıb. Mühaşidələrimizə görə, ərəb turistlər Azərbaycanın şimal bölgələrində hotel şəraitində qalmağa daha çox üstünük verirlər. Avropalılar isə, hətta 15 il öncəyə də nəzər salsaq görərik ki, turizmin inkişafda olmayan vaxtında Lahıcda istirahətə gedirdilər. Ümumiyyətlə avropalılar və asiyalılar təbii istrahəti daha çox sevirlər. Ona görə də Azərbaycanda aqroturizmə həmin şəxslər daha çox müraciət edirlər”.

L.Məmmədova qeyd edib ki, son vaxtlar aqrar turizmə hindistanlılar da müraciət etməyə başlayıblar:

“Düzdür onların sayı çox olmasa da, ümid edirik ki, gələcəkdə bu say kifayət qədər artacaq”.