Ev Turizm Xəbərləri Azərbaycanda bir ildə turizmdən 56 milyon qazandılar

Azərbaycanda bir ildə turizmdən 56 milyon qazandılar

Turizm

2018-ci ildə ölkədə fəaliyyət göstərən səyahət agentlikləri və turoperatorların gəlirləri 56 439 400 manat olub. Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, ötən il bu müəssisələr tərəfindən 49 992 turizm yollayışı satılıb. Bunlardan 7390-ı ölkə daxilində səyahət etmək üçün Azərbaycan vətəndaşlarına, 36463-ü ölkədən kənarda səyahət etmək üçün Azərbaycan vətəndaşlarına, 6139-u isə Azərbaycan ərazisində səyahət etmək üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə satılıb.

Bu müəssisələr tərəfindən ötən il satılmış turizm yollayışlarının ümumi dəyəri 66 570 700 manat olub.

2018-ci ildə səyahət agentlikləri və turoperatorlar tərəfindən qəbul edilmiş və göndərilən turistlərin sayı 83722 nəfər olub. Bunlardan 12777 nəfəri qəbul edilib, 70945 nəfəri isə göndərilib.