Ev Turizm Xəbərləri Azərbaycanda hotellərin gəlirinin 94%-i müxtəlif xərclərə yönəldilir

Azərbaycanda hotellərin gəlirinin 94%-i müxtəlif xərclərə yönəldilir

turizm

“Azərbaycanda orta səviyyəli hotellərin gəlirinin 65%-i otaq, 25%-i iaşə, 10%-i isə digər əlavə xidmətlər hesabına formalaşır”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Hotel Assosiasiyasının (AHA) 2-ci Baş Assambleyasında çıxış edən qurumun hökumətlə əlaqə və tənzimləmə üzrə işçi qrupunun rəhbəri Elgün Məmmədov deyib.

Onun sözlərinə görə, belə otellərin xalis mənfəətinin onların gəlirinə nisbəti 6%-i ötmür. “Hotellər gəlirinin 40%-ni əmək haqqı fonduna, 25%-ni digər fondlara, 10%-ni satış əməliyyatlarına, 9%-ni amortizasiyaya, 8%-ni qeyri-satış əməliyyatlarına, 2%-ni isə gəlir vergisinə yönəldir. Burada onlara qalan cəmi 6% olur. Bu rəqəm də iş adamlarına əsas verir ki, hotel açsınlar yoxsa başqa işlə məşğul olsunlar”.

AHA-nın turizm nöqtələri və məhsulların inkişafı üzrə işçi qrupunun rəhbəri Firuz Süleymanov bu haqda danışıb. O gələcəkdə bütün hotellərin internet saytından nömrə bron etmək mümkün olacağını bildirib.

“Hotellər turistlərin istəklərini də nəzərə almalıdır. Tez-tez eşidirik ki, Çindən gələn turistlər daha az yağlı, Hindistandan gələn turistlər isə daha acı qidalar istəyir”, – deyə o, qeyd edib.