Müsabiqə

Azərbaycan Turizm Bürosu tərəfindən Rusiyanın məşhur https://sletat.ru onlayn platforması ilə birgə onlayn kampaniyaya start verilib.

Dövlət Turizm Agentliyindən Trend-ə bildirilib ki, kampaniya çərçivəsində məqsəd Azərbaycanın turizm potensialını tanıtmaqdır. Müsabiqə rusiyalı turistləri mövcud turizm imkanları ilə tanış etmək məqsədilə keçirilir.

Müsabiqəyə əsasən paytaxtın əsas turizm məkanları, xizək kurortları, sağlamlıq turizmi mərkəzləri və qastronomik turizm nümunələrinin hər birindən ən azı birini seçməklə individual turizm marşrutu hazırlamaq mümkündür.

Müsabiqə çərçivəsində ölkənin müxtəlif bölgələrində yerləşən turistik mərkəzlər təqdim olunur. Məsələn Şahdağ və Tufandağ kimi xizək kurortları, Zaqatala və Göy göl qoruqları, Hirkan Milli Parkı, Batabat gölü kimi təbiət turizmi nümunələri, Milli Xalça Muzeyi, İçərişəhər, Atəşgah, Nizami küçəsi, Alov Qüllələri, Heydər Əliyev Mərkəzi kimi paytaxtın turistik məkanları, Naftalan, Qalaaltı, Duzdağ, həmçinin Qəbələ, Lənkəran və Lerikdə yerləşən müalicəvi turizm imkanları seçimə daxildir.

Yanvar ayının 31-nə kimi davam edəcək müsabiqədə iştirak etmək üçün əsas şərt https://sletat.ru/special/azerbaijan/ səhifəsinə daxil olaraq qeyd olunan məkanlar arasında seçim etmək lazımdır. Turizm marşrutu hazırlamaq və sosial şəbəkələrdə paylaşmaqdır. Müsabiqənin sonunda 3 təsadüfi qalib seçiləcək. Aviabilet, hotel, transfer, xizək keçid bileti daxil olmaqla Azərbaycana səfər ilə mükafatlandırılacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin