PAYLAŞ

Müalicəvi turlar

Azərbaycanda ildən-ilə tibbi turizmə maraq çoxalır. İnsanlar həm dincəlmək, həm gəzmək, həm də müalicə almaq üçün xarici ölkələrə üz tuturlar.

Bəs, görəsən, xaricdə və ya ölkəmizdə tibbi turizm paketlərinin hazırkı qiymətləri neçiyədir?

Turizm mütəxəssisi Ceyhun Kazımzadə deyir ki, Rusiyanın Yesentuki şəhərinə 2 həftəlik turun qiyməti 950 manatdan, Çexiyanın Karlovı Varı şəhərinə 1850 manatdan, Sloveniyanın Roqaşka Slatina şəhərinə 1800 manatdan, Macarıstanın Heviz şəhərinə isə belə turların qiyməti 1590 manatdan başlayır.
Azərbaycanda da tibbi turizm inkişaf etməkdədir. Turizm eksperti Ramiz Qafarov deyir ki, Masallı və Şabrandakı termal sular, Naftalan nefti, Naxçıvandakı duz dağı dünyadakı ən ideal müalicə və istirahət yerlərindən sayılır.