Ev Ölkələr Azərbaycan Azərbaycanın ən məşhur şəlaləsi – Katex

Azərbaycanın ən məşhur şəlaləsi – Katex

Katex şəlaləsi

Azərbaycanın təbiəti olduqca gözəldir. Belə gözəlliklərdən biri də Balakən rayonu ərazisindəki Katex və ya Katexçay şəlaləsidir. Bəzən bura Qəbizdərə (Zaqatala rayonunda kənd – red.) şəlaləsi də deyilir.Şəlalənin yerləşdiyi məkan Zaqatala Qoruğunun ərazisinə düşür. Azərbaycanda ən məşhur şəlalə sayılır.

Gəlin birinci doğma diyarımız olan Balakən ilə qısa tanış olaq.

Balakən rayonu Azərbaycanın əsrarəngiz təbiətə, böyük rekreasiya-turizm resurslarına malik rayonlarından biridir. Rayon gəzməli, görməli yerlərlə zəngindir.Katexçay şəlaləsi, İmambulaq, Arılıq , Qaraçay – Razvedka, Mazımqara  və s. belə yerlərdəndir.

Balakənin zəngin meşə örtüyü ölkənin meşə ehtiyatlarının 5 %-ni təşkil edir. Meşələrində palıd, vələs, fıstıq, qızılağac, akasiya və s. ağaclar bitir. Qanıx (Alazan) çayı boyunca Tuğay meşələri vardır. Dərman bitkiləri ilə zəngindir. Maraqlıdır ki, dünyada Şuşadan başqa heç yerdə bitməyən Xarı – Bülbül adlı məşhur gül Balakən rayonunda bitir.

Rayonun faunası da zəngindir. Dağ və düzənlik meşələrində qonur ayı, dağ keçisi, canavar, çaqqal, tülkü, qaban, dovşan, cüyür və s. heyvanlar yaşayır.Böyüklüyünə görə Azərbaycanda ikinci olan Zaqatala qoruğunun 3/4-ü Balakən rayonunun ərazisinə düşür.Ən iri çayları Qanıx (Alazan), Balakənçay, KatexçayMazımçaydır.

Zaqatala Qoruğunun ərazisinin 3/4-ü Balakən rayonunun ərazisinə düşür. Şəlalənin hündürlüyü 18-20 metrdir. Bu Azərbaycanın ən hündür şəlalələrindən biridir. Həm də eyni zamanda ölkənin ən bolsulu şəlaləsidir.

Şəlaləyə getmək üçün Katex kəndində yerləşən kombinatın yaxınlığından keçərək sərt eniş-yoxuşlarla hərəkət etmək lazımdır.Kombinatdan şəlaləyə qədər bir neçə kilometr məsafə vardır. Avtomobil yolu yalnız Zaqatala Qoruğunun Katex satsionarlna qədərdir. Oradan şəlaləyə qədər olan təqribən 500 metrlik yolu (yolun ən çətin hissəsi də məhz buradır) piyada getmək lazımdır. Onu da qeyd edək ki, kombinatdan şəlaləyə doğru demək olar ki, bütün yol boyu hündürlük artan tempdədir. Yolun ən çətin hissəsi isə şəlalə göründükdən sonra başlayır. Belə ki, bundan sonra aşağı enmək lazəm gəlir ki, bu da dolanbaclı və uçurumlu cığırlarla çox çətindir.

Ancaq bütün bu çətinliklər şəlalənin buz kimi suyu ilə sərinlədikdən sonra unudulur. Həm də qarşınızda əsrarəngiz bir mənzərə açılır.

Balakən
Balakən

Şəlalə Kilsəçayın Katexçaya qarışdığı yerdə yerləşir. Hündürlüyü 18-20 metrdir. Bu, Azərbaycanın ən bolsulu şəlaləsidir.

Katex şəlaləsi
Katex şəlaləsi

Şəlaləyə 500 metrlik çətin yolu keçməklə getmək olar. Yolun ən çətin hissəsi isə şəlalə göründükdən sonra başlayır. Yəni dolanbaclı və uçurumlu cığırlarla aşağı enmək çox çətindir.