PAYLAŞ
turizm nümayəndəliyi

Turizm ölkə iqtisadiyyatının ən prioritet sahələrindən biridir. Ötən ilin sonundan etibarən Azərbaycanın 6 ölkədə – Almaniyanın Frankfurt, BƏƏ-nin Dubay, Səudiyyə Ərəbistanın Ər-Riyad, Çinin Pekin, Hindistanın Mumbay, Rusiyanın Moskva şəhərlərində daimi turizm nümayəndəliyi fəaliyyət göstərir. Eyni zamanda, Böyük Britaniya, Fransa, İran və Koreya Respublikasında da daimi turizm nümayəndəliyinin açılması nəzərdə tutulub.

Bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 18-ci Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2019”) sərgisinin açılışı zamanı deyib.

Ölkənin yeni turizm brendi ilə yanaşı, aparılan marketinq tədbirləri öz bəhrəsini verəcək. Ötən il ölkəmizi ziyarət edən xarici vətəndaşların sayı 2017-ci illə müqayisədə 153 min nəfər, yəni 6 faiz artaraq 2,8 milyona çatıb. Bu ilin 2 ayı ərzində 364 min xarici ziyarətçi ölkəmizə gəlib. Turistlərin sayının ildən ilə artırılması turist məmnunluğunun yaradılması da əsas məqsədlərimiz sırasındadır”, – deyə Dövlət Turizm Agentliyinin sədri vurğulayıb.