Ev Yerlər Dağlar Azərbaycanın 5 gözəl kəndi – Fotolar

Azərbaycanın 5 gözəl kəndi – Fotolar

Gözəl kəndimiz

Azərbaycan Kənd həyatı, kənd turizmi deyəndə ya ağlımıza Qubanın Qəçrəş kəndi gələcək, ya da Qusarın Ləzə kəndi…Ən yaxşı halda isə Şəkinin Kiş kəndi. Sözsüz ki, bunlar gəzməyə və görməyə dəyər yerlərdir. Amma bəzən fərqli məkanları da kəşf etmək, qoyulan çərçivədən çıxmaq lazımdır. Yəni turizm cənnətini uzaqlarda axtarmaqdansa, arada geri dönüb öz ölkəmizə də baxmağımız məsləhətlidir.

Azərbaycanda bir-birindən gözəl elə kəndlər var ki, diqqətdən kənarda qalıb. Buna görə də əhalinin əksəriyyəti həmin yerləri tanımır.

Hazır qış mövsümikən, sizə unudulmuşlar kateqoriyasından olan bir neçə kəndi təqdim edirik:

Sudur kəndi, Qusar

Qusar

Qusarın ən son kəndidir. Dəniz səviyyəsindən 1800 m hündürlükdə, Şah dağının ətəyində yerləşir. Sudur füsunkar təbiətə sahibdir. Burda, dağ-turizm istirahət və sağlamlıq turizm zonasının yaradılması üçün şərait var. Əgər şəraiti dəyərləndirilərsə, Sudura turist axını olacağı istisna edilmir. Siz isə bir gün potensialı dəyərləndiriləcək deyə gözləməyin. Əgər diqqətinizi cəlb edirsə, ilin istənilən dövründə gedib dincələ bilərsiniz.

Zeyvə, Şabran

Şabran

Rayon mərkəzindən 30-35 kilometr uzaqlıqdadır. Sıx meşələrin qoynunda, ucqar dağ kəndidir. Zeyvə turistik baxımdan elə bir sərvətə malikdir ki, ucqar olması gözə belə görünmür. Belə ki, kənddən bir qədər aralıda Göygölün keçik forması olan Əmbil gölü var. Kənddə çox sayda bulaq və şəlalələr də var.

Qum kəndi, Qax

Qax

Bəlkə də bir çoxlarınıza bu kəndin adı da, havası da məlumdur. Sözsüz ki, tanımayanlarınız da var. Bilməyənlər üçün deyək ki, Qum Qaxın ən qədim kəndlərindəndir. Qum kəndi mərkəzdən 8 km aralıda, Qafqaz silsiləsinin ətəyində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşir. Kənd ərazisindən Ərdəva dağ çayı axır. Dağ ətəkləri sıx meşə ilə örtülüb. Burada Qafqaz Albaniyasına məxsus qədim məbəd də var.

Novoivanovka, Gədəbəy

Gədəbəy

Gədəbəydə molokanların məskunlaşdığı 3 kənddən biridir. Rayonun sonuncu sərhəd kəndidir. 80-ci illərin sonlarında başlanan mübaribə ilə burada məskunlaşan rusların (molokanların) çoxu kəndi tərk edib .Hazırda kənddə təqribən 18-23 molokan yaşayır. Novoivanovka dəniz səviyyəsindən 1391 metr hündürlükdə yerləşir və əhalisi 1668 nəfərdir. Nəzərə alsaq ki, Novoivanovkada ən isti ay avqustdur, hazır ay yenicə başlamışkən, məlumatı dəyərləndirin deyirik.

Sım kəndi, Astara

Astara

Astaranın mütləq görülməsi gərəkən, ən yüksək dağ kəndidir. Sıma aparan yol çox yorucudur. Amma ətraf o qədər gözlədir ki, çətinlikə qət edilən yol gözə görünmür. Kənddə tərkibi minerallarla zəngin 50-yə yaxın təbii bulaq, hündürlüyü 25-30 metrə çatan 2 şəlalə var.

Bir sözlə dağ kəndində, gözəl istirahət edə biləcəyinizə və əsl kənd həyatı yaşayacağınıza əmin ola bilərsiniz.