turizm

Şahdağ Turizm Mərkəzində Azərbaycanın məşhur rəssamlarının əsərlərindən ibarət sərgi açılıb.

turizm

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mart ayının sonuna kimi davam edəcək sərgidə tanınmış rəssamların Quba Qusarın turizm infrastrukturu, tarixi abidələri, unikal coğrafiyası ilə tanış olduqdan sonra sərbəst mövzularda çəkdikləri rəsm əsərləri nümayiş etdirilir.

Sərgi fevralın 28-dən başlayan “Art Zone Week” adlı rəngkarlıq simpoziumu çərçivəsində təşkil olunub. Mədəniyyət və sosialyönümlü layihənin məqsədi rəssamların gözü ilə bölgənin təbliğidir. Həmçinin Qusarda yerləşən Şahdağ Turizm Mərkəzinin turizm potensialını təşviq etməkdir.

turizm

Artıq ikinci dəfə reallaşan “Art Zone Week” Simpoziumu Dövlət Turizm Agentliyinin, Dövlət Turizm Bürosunun, “Abşeron Hotels Group”“ASPİ Winery”nin təşkilati dəstəyi ilə həyata keçirilir. Simpoziumda Azərbaycanın Əməkdar rəssamları Müseyib Əmirov, Elyar Əlimirzəyev, Vüqar Muradov, Eldar Qurbanov, Yelena Haqverdiyeva, tanınmış rəssamlar Rəna Məmmədova, Anar Hüseynzadə, Emin Əskərov, Azər Əliyev, Rafail Əliyev, Butunay Haqverdiyev və rusiyalı rəssam Bayram Salamov iştirak edib.

turizm

Layihə rəhbəri Şakir Eminbəyli bildirib ki, rəsm əsərləri mart ayının sonunadək “Şahdağ” mehmanxanasında sərgilənəcək. Simpoziumun qaydalarına əsasən bu əsərlər yalnız bir neçə ildən sonra satıla bilər.

Layihə artıq ikinci ildir həyata keçirilir. Qusar rayonunun orta məktəblərinin bütün yaş həddini əhatə edən və rəssamlığa həvəsi olan şagirdləri üçün “Ustad dərsləri” təşkil olunub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin